Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) səlahiyətli nümayəndəsi Babil şəhərində mühazirə söyləyib. 5/8/2022 |
Həzrəti Abbas (ə.s ) alim və fəqih idi. Onun elm əhli olması
barədə Allah və Əhli-Beyt (ə.s )-ın yanında müəyyən bir məqamı vardır.
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin
müdürü və səlahiyətli nümayəndəsi Şeyx Əli Nəcəfi Babil şəhərində Əhli-Beyt müəssisəsində
təşkil olunan əza məclisində iştirak edib və orada mühazirə söyləyib. Tədbir də
tanınmış ustadlar, tələbələr və möminlər iştitak etmişdir. Şeyx Əli Nəcəfi
çıxışı zamanı Həzrət Əbəlfəzl Abbas (ə.s )-ın Allah və Əhli-Beyt (ə.s )-ın yanında
olan elmi məqamından söhbət açıb. O, həzrətin alim və fəqih olduğunu bildirib.
Anası Ümmül Bənin (ə.s ) onu və qardaşlarını mühüm bir hədəf üçün tərbiyə
etmişdi. O hədəf zəmanə imamını müdafiə etmək idi.Onun şəhadətində insanlıq üçün
nümunələr və qəhrəmanlıq və şücaət dərsləri vardır. O müqəddəs qadın və
oğlanları xüsusilə Həzrət Əbəlfəzl (ə.s ) insanların hacətlər qapısı hesab
olunmuşdur.
|