Ayətullah Mərcəi təqlid Nəcəfiinin nümayəndəsi Əmirəl-möminin (ə.s) qızı Xanım Xədicənin hərəminin yeni zirehinin açılış mərasimində iştirak edib

Ayətullah Mərcəi təqlid Nəcəfiinin nümayəndəsi Əmirəl-möminin (ə.s) qızı Xanım Xədicənin hərəminin yeni zirehinin açılış mərasimində iştirak edib

6/4/2023




 Hörmətli Ayətullah Mərcəi təqlid Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi və onun möhtərəm Nəcəfdəki mərkəzi ofisinin müdürü, Şeyx Əli Nəcəfi Küfə şəhərindəki Əmirəl-möminin (ə.s) qızı Xanım Xədicənin müqəddəs yeni zirehinin açılışında iştirak edib.

Hörmətli Şeyx Nəcəfi bu münasibətlə etdiyi çıxışında dedi: “Allahu təala İraq torpağına Əhli-Beytin (əleyhissalam) cənazələrini qucaqlamaqla bərəkət verdi və biz bu gün Kərbəla şəhidlərinin bir şəhidinin hərəmində dayanmışıq".

Və hörmətli Şeyx əlavə etdi ki, bu gün Möminlərin anası, Allahu təala onu Peyğəmbəri Əzəm (s.ə.v.s) üçün həyat yoldaşı etməklə və nəvələri olan pak, hidayət imamları (ə.s) ilə şərəfləndirdiyi Xədicə binti Xuveylidin vəfatının xatirəsinə həsr olunan müqəddəs hərəmin yeni zirehindən pərdə açılır.

Hörmətli Şeyx izah etdi: Xanım Xədicə İslamın ən çətin mərhələlərində onun qayğısına qalmaqda və ona dəstək olmaqda böyük rol oynamış, Peyğəmbəri Ümmətin (s.ə.v s) himayədarı olmuş hətta vəfat olan ili kədər, hüzn ili adlandırılmışdır.

Hörmətli, İraqda Əhli-Beyt (ə.s) ziyarətgahları və məqamlarına xidmətdə göstərdikləri səylərə görə bütün zəhmətkeşlərə xeyir-dua verdi.