Hörmətli Mərcəi təqlid Ayətullah əl üzma Şeyx Bəşir Nəcəfi (kölgəsi davamlı olsun) Pakistandan olan alimlərdən və mərcəi təqlidlərin nümayəndələrindən ibarət nümayəndə heyətini qəbul edir 20/1/2023 |
Ayətullah Mərcəi təqlid Nəcəfi (kölgəsi davamlı olsun) Pakistan İslam Dövlətinin bir sıra seçilmiş şəxsləri ilə yanaşı, mərcəi təqlidlərin vəkil və mötəmdlərini və elmi mərkəzin körkəmli şəxslərini qəbul etdi. Mərcəi təqlid (kölgəsi davamlı olsun) danışarkən Nəcəfdəki elmi mərkəzin özünə məxsus mövqe və rolunu, İslam dünyasındakı əhəmiyyətini vurğuladı, Nəcəf Əşrəf elmi mərkəz uzun əsirlər boyu İslam ümmətinə böyük fəqihlər, mütəfəkkirlər və şəxsiyyərlər yetişdirdiyini qeyd etdi. Və onların Əhli-Beyt (ə.s)-ın yol və fikirlərinin yayılmasında böyük rolları vardır. Hörmətli Mərcəi təqlid diqqətə çatdırdı ki, dünyada elmi mərkəzlər əmr be məruf və nəhy ən münkərin təbliğində, möminləri haqqa, halala və harama nəsihət və hidayət etməkdə böyük məsuliyyət daşıyır. Ziyarətə gələn alim heyəti hörmətli Ayətullah Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin möminləri doğru yola yönəltməkdə və xüsusilə Nəcəf Əşrəf elmi mərkəzi və ümumilikdə İslam ölkələrində olan elmi mərkəzlərə rəhbərlik etməkdə əhəmiyyətini və mövqeyini təkidlə vurğuladı. Nümayəndə heyəti Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfiyə (kölgəsi davamlı olsun) Pakistan İslam Respublikasındakı Əhli-Beyt (əleyhimus-səlam) şiələrinin və orada olan dini məktəblərin vəziyyəti ilə bağlı məlumat verdi, hörmətli Mərcəi təqlid Nəcəfiyə (kölgəsi davamlı olsun) qiymətli vaxtından ayırıb verdiyi nəsihətə görə səmimi təşəkkürünü bildirdi.
|