Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Bəsrədən gələn nümayəndə heyətinə: Möminlər ailələrinin qayğısına qalmalı, onları halal, haram və iffətin hökmləri ilə tanış etməli, cəmiyyəti haqq dindən yayındırmağa yönəlmiş fitnələrdən qorumalıdırlar

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Bəsrədən gələn nümayəndə heyətinə: Möminlər ailələrinin qayğısına qalmalı, onları halal, haram və iffətin hökmləri ilə tanış etməli, cəmiyyəti haqq dindən yayındırmağa yönəlmiş fitnələrdən qorumalıdırlar

25/2/2024




Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) tövsiyələrini və atalıq nəsihətlərini dinləmək üçün Bəsrə şəhərindən müqəddəs ziyarətgahlara gələn bir qrup ziyarətçini qəbul etdi və burada həqiqi Muhəmmədi İslam dəyərlərinə və əxlaqına riayət etməyin vacibliyini və şəriət qanunlarına mültəzim olmağa və haramın bütün surətlərindən uzaq olmağı vurğuladı.

Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) təsdiqləmişdir ki, əməllərin Allah tərəfindən qəbul edilməsinin əsası təqvadır və əməllərin qəbulu və Allahın razılığını əldə etmək üçün təqva dərəcələrinə yüksəlmək üçün diqqətli olmaq lazımdır. Təqva dərəcələrinə yüksəlməyin ilk addımı özünü hesaba çəkmək olduğunu izah etdi.

Hörmətli şeyx (kölgəsi davamlı olsun)  əlavə etdi ki, Əhli-Beyt (ə.s) öz rəvayətlərində hər bir əməl və sözə görə davamlı şəkildə nəfsi mühasibə etmək və səhvlərini düzəltmək və Allaha tövbə etmək üçün çalışmağın vacibliyini vurğulamışlar.

Hörmətli şeyx (kölgəsi davamlı olsun) əlavə etdi ki, müqəddəs ziyarətgahları ziyarət etmək, insanı yaxşılığa doğru dəyişmək, onu islah etmək üçün mühüm fürsətdir. Qoy bu dəyişiklik, islahat ailə və cəmiyyət reallığında öz əksini tapsın.

Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) vurğuladı ki, hər kəs öz ailəsinin qayğısına qalmalı, onlara halal-haram, iffət və hicab qaydalarını öyrətməli, cəmiyyəti haqq dindən, gözəl əxlaqdan yayındırmağa yönəlmiş fitnələrdən qorumalıdır.