Əziz Peyğəmbərin (s.ə.v.s) risalət günlərinin kölgəsində.. Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İraqın müxtəlif yerlərindən və İslam dünyasından gəlmiş mömin dəstələri qəbul edir 19/2/2024 |
Ayətullah əl üzma
Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) onu təbrik etmək və atalıq və
dini tövsiyə və göstərişlərindən ilham almaq üçün əziz İraq şəhərlərindən eləcə
də bir çox İslam ölkələrindən gələn çoxlu sayda möminləri qəbul etmişdir. Hörmətli mərcəi təqlid
(kölgəsi davamlı olsun) çıxışında Allahın mübarək (Rəcəbul-Əsəbb) ayında bu
xatirədən ilham almağın vacibliyinə, xeyir, saleh və doğruluq mənaları ilə
bağlı əzəmətli Peyğəmbərin (s.ə.v.s) tolerant risalətindən gətirdiyi ən mühüm
şeylərə dəvət etdi. Bu isə, Əmirul-mömininin (ə.s) vilayətinə söykənməklə, təqva
keyfiyyətini qazanmaqla, günahlardan çəkinmək,
asilikdən uzaq olmaq və gecə-gündüz nəfsi hesaba çəkməyin zəruriliyi ilə olur. O, hər bir nümayəndə
heyətinə dünya və axirət xeyirinə xidmət edən bir sıra ata nəsihətləri, göstərişlər
və məsləhətlər verdi.
Nümayəndə heyətləri də öz növbəsində hörmətli mərcəi təqlidin (kölgəsi davamlı olsun) göstərişlərini yüksək qiymətləndirmiş, bəziləri isə hörmətli şeyxin hüzurunda Əhli-Beytin (ə.s) fəzilət və məqamını göstərən bir neçə beyt oxuyub hörmətli mərcəi təqlidin sağlamlığı və rifahı üçün dua etdilər. |