Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İtaliyanın İraqdakı səfirini qəbul etmişdir 12/2/2023 |
Ayətullah əl üzma
Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İtaliyanın səfiri cənab
Mauritsio Krikanteni qəbul etmişdir. Bu görüşdə İraq və İtaliya dövləti
arasında ikitərəfli əlaqələr müzakirə olundu və iki xalqa xidmət etmək üçün əlaqələrin
daha da yaxşılaşdırılmasının zəruriliyi müzakirə olundu. Hörmətli şeyx, həmçinin
İslam təhlükəsizlik və sabitliyə nail olmaqda, xalqlar arasında sosial və
iqtisadi əlaqələrin təşkilində maraqlı olduğunu vurğulayaraq, terror dəstələrinin
dinlərlə heç bir əlaqəsi olmayan siyasət və ordunun məhsulu olduğuna diqqət çəkib.
Krikant öz növbəsində diplomatik baxışları və İraq və İtaliya xalqları arasında münasibətlərin möhkəmləndirilməsi yolları haqqında izahat verdi, bərəkətli vaxtını ayırdığı üçün mərcəi təqlidə təşəkkür etdi. |