Qurani-Kərim tələbələrindən ibarət nümayəndə heyəti Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) hüzurunda 11/2/2023 |
Misan şəhərinin Kəhlə
bölgəsindəki Nəbəul-Əzim Quran Elmləri İnstitutunun tələbələrini təmsil edən
nümayəndə heyəti Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı
olsun) mərkəzi ofisində olub hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) ilə
görüşmək və onun dəqiq təlimat və atalıq nəsihətlərinə qulaq asmaq şərəfinə
nail oldular.
Hörmətli şeyx
nümayəndə heyətinə Qurani-Kərim üzərində təfəkkürün və onun şərafətli ayələri
üzərində düşünməyin vacibliyini, və Qurani-Kərimin mədəniyyətinin cəmiyyətdə
yayarkən Qurani-Kərimin hökmlərini və qiraətini sevməyə, öyrənməyə, düzgün
oxunuşa önəm verməsinin zəruriliyini təkidlə vurğuladı. İki ağır əmanətə,
Quran və Əhli-Beytə (ə.s) diqqət yetirməyin hər kəsə vacib olduğuna işarə edərək,
Peyğəmbəri-Əkrəmin (s.ə.v.s) kəlamına uyğun olaraq, onlardan möhkəm yapışmaq
lazımdır. Çünki onlar nicat və qiyamət günü siratul-müstəqimə keçmək və dünya həyatında
tofiq qazanma yolu olduğunu açıqladı. Qurani-Kərimi əzbərləmək,
qiraət etmək, onun hökmlərini izah etmək, mübarək ayələri düzgün oxumaq və
düzgün tələffüz etmək üçün çalışan institutun məsul şəxslərini və
iştirakçılarını təbrik edərək onlara Qurani-Kərimin daşıyıcısı və hafizi
olmaları üçün dua etdi.
Nümayəndə heyəti öz növbəsində institutun ən mühüm fəaliyyətlərini izah etdilər, bir sıra iştirakçılar isə hörmətli şeyxin qarşısında Qurani-Kərimdən bir neçə ayə tilavət etdilər. Nümayəndə heyəti hörmətli mərcəi təqlidin cansağlığı və səadəti üçün dua edərək bərəkətli vaxtından ayıraraq verdiyi gözəl nəsihətləri ilə görüşü başa vurdular. |