Hörmətli mərcəi təqlidin (kölgəsi davamlı olsun) mərkəzi ofisi müqəddəs Ramazan ayı münasibətilə illik məclis keçirmişdir 22/3/2023 |
Hörmətli
mərcəi təqlidin (kölgəsi davamlı olsun) mərkəzi ofisi Nəcəful-Əşrəf çəhərində
mübarək Ramazan ayı münasibətilə illik moizə və hidayət məclislərinə başlayıb.
Mübarək gecələrdə minbərə hörmətli imam Hüseyn (ə.s) xətibi şeyx Əla Kəbi
çıxıb. Məclis hörmətli mərcəi təqlidin (kölgəsi davamlı olsun) hüzurunda və
himayəsində baş tutmuşdur. Məclisdə elmi mərkəzin
tanınmış şəxsiyyətləri, ustad və tələbələri, eləcə də İraq cəmiyyətinin digər təbəqələri
və möminlər iştirak edirdi.
Hörmətli mərcəi təqlidin (kölgəsi davamlı olsun) təmsilçisi və mərkəzi ofisinin müdürü şeyx Əli Nəcəfi çıxışında dedi: “İllik təbliğat və hidayət məclisi fəzilətli ayın gəlişi ilə əlaqədar təbərrük olaraq keçirilir. Minbərdə Əhli-Beytin (ə.s) əxlaqı və tərcümeyi-halı haqqında əxlaqi mühazirələr və Əhli-Beytin (ə.s) yaşadığı tarixi hadisələr və mövqeləri və diktatorların əli ilə məruz qaldıqları haqsızlıqlar haqda danışılacaq". . |