Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Süleymaniyyədəki ofisinin nümayəndə heyəti mübarək Şabaniyyə bayramında iştirak etmişdir 25/2/2023 |
Ayətullah əl üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Süleymaniyyədəki ofisinin
nümayəndəsi imam camaat və mərhum seyid Həkimin (r.ə) hüseyniyyəsində saleh
imamlarımızın (ə.s) mövludu münasibətilə keçirilən mübarək Şabaniyyə bayramında
iştirak edib. Şeyx Hüseyn Şuravi:
Bu imanla dolu olan iştirakımızın əhəmiyyəti məsum Əhli-Beytə (ə.s) və Nübüvvətə
(onların üzərinə ənfəzilətli salavat və ən gözəl salam olsun) olan məhəbbət və
sədaqətimizi təkid etdiyini vurğuladı. O, sözünə davam edərək
dedi: “Mübarək Şəban ayının gəlişi və Muhəmməd (s.ə.v.s) ailəsinə məxsus
nurların, imam Hüseyn (ə.s) və qardaşı Əbulfəzl Abbas (ə.s) və oğlu imam Səccadın (ə.s) pak
mövludları münasibətilə atmosferimizə sevinc və xoşbəxtlik ifadələri yayıldı”. Şeyx Hüseyn Şuravi
çıxışını zəmanənin və əsrin sahibi imam Zaman ağa (ə.f) və bütün mərcəi təqlidlərə
kəramətli imamlarımızın (ə.s) mövludu münasibəti ilə təbrik və xeyir dua
çatdırmaqla yekunlaşdırdı. Bu, əzəmətli Peyğəmbər Məhəmməd ibn Əbdullah (s.ə.v.s)
və onun pak və mütəhhər Əhli-Beytinə (ə.s) olan yaxınlıq, sevgi və eşqindən
başqa bir şey deyildir.
Şeyx Hüseyn Şuravi bu mübarək mövlüd ildönümü münasibətilə imam Mehdi Müntəzərə (ə.s), əzəmətli mərcəi təqlidlərə və bütün möminlərə öz təbrik və salamlarını çatdırdı. |