Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin alim və mühəqqiq Şeyx Əli Kurani Amilinin vəfatı ilə bağlı bəyanatı 19/5/2024 |
Bismilləhir-Rahmənir-Rahim “Möminlərin içində
elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu
yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri
sözü) əsla dəyişməzlər”. Görkəmli və möhtərəm
alim, mühəqqiq Şeyx Əli Kurani Amilinin vəfatı xəbərini böyük kədər və təəssüf
hissi ilə aldıq. Əziz mərhumumuz
bir ensiklopedik alim nümunəsi, Muhəmməd (s.ə.v.s) və onun Əhli-Beytinin (ə.s)
dini ilə bağlı şübhələrin dəf edilməsi, maarifləndirilməsi, ruhun
saflaşdırılması və fəal töhfələri ilə Əhli-Beyt (ə.s) məzhəbinin tərəfdarı
olmuşdur. O, şərəfli ömrünü
elm tələb edib yaymaqla keçirmiş, səsini dünyanın ən ucqar güşələrinə
çatdırmışdır. Biz zamanın və əsrin
sahibi ,Allahın ən böyük vəlisinə (ə.s), möhtərəm ailəsinə, tələbələrinə və
bütün möminlərə başsağlığı verir, Allahdan bizə və onlara səbir və təsəlli diləyirik.
Əzəmətli və Uca Allahdan başqa güc qüvvət sahibi yoxdur. Vəssəlam… |