Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin İran İslam Respublikasının Prezidenti və onu müşayiət edən nümayəndə heyətinin ağrılı helikopter qəzasında həlak olmaları ilə əlaqədar bəyanatı 20/5/2024 |
Bismilləhir-Rahmənir-Rahim “O kəslər ki,
onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona tərəf də
qayıdacağıq!”– deyirlər”. İran İslam Respublikasının hörmətli xalqı və rəhbərliyi. Dünən axşam İran İslam Respublikasının Prezidenti cənab Rəisi
və onu müşayiət edən nümayəndə heyətinin rəblərinə tərəf getmələrinə səbəb
olan faciəvi helekopter qəzasını böyük
maraqla izlədik. Bu halda biz ancaq Allahın əzəmətli vəlisinə (ə.s), İran
İslam Respublikasının rəhbərliyinə, İran xalqına və xüsusən də Allah-taalanın
onu ömrünü elm öyrənmək, İmam Rzaya (ə.s) qulluq etmək, müdrik rəhbərliyi və
onu müşayiət edənlərin (r.ə) vasitəsilə İran xalqına xidmət etməklə keçirməyə
hidayət etdiyi höccətul-İslam vəl-müslimin möhtərəm Seyid İbrahim Rəisinin vəfatından kədərlənən
ailələrinə başsağlığı və təsliyət bildirə bilərik. Biz Uca Allahdan diləyirik
ki, təqdim etdiklərini və başlarına gələnləri Onunla qarşılaşacaqları gün
onlara şəfaətçi etsin və O, onlardan razı qalsın. Necə ki, uca Allahdan İran xalqına səbr və qüvvət diləyirik
ki, Allahın izni ilə onların rəhbərliyi altında yollarına davam etmək üçün
Allahın onlara bəxş etdiyi sınaq və imtahan sayəsində həmişəkindən daha güclü
olsunlar.
Biz, Allaha məxsusuq və Ona tərəf də qayıdacağıq! Uca və əzəmətli Allahdan başqa güc və qüvvət sahibi yoxdur. |