Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) müqəddəs Əbəlfəzl Abbas (ə.s) hərəmindən gəlmiş nümayəndə heyətini qəbul etdi

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) müqəddəs Əbəlfəzl Abbas (ə.s) hərəmindən gəlmiş nümayəndə heyətini qəbul etdi

9/1/2024




Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) vəsiyyət və atalıq göstərişlərini dinləmək üçün Əbəlfəz Abbasın (ə.s) müqəddəs hərəminin işçilərindən ibarət nümayəndə heyətini qəbul etdi.

Hörmətli Mərcəi təqlid çıxışında bildirdi ki, sizin işiniz böyük və şərəflidir. Onların sizə dünya və axirətdə faydalı olması üçün Allah-taalaya yaxın olmağınız gərəklidir.

Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun) öz tövsiyələrində Əhli-Beytin (ə.s) həqiqi simasını əks etdirmək üçün Əhli-Beyt (ə.s) imamlarının və Əbulfəz Abbasın (ə.s) həyat tərzindən öyrəndiyimiz iş və əxlaq qaydalarına riayət etməyin vacibliyinə işarə etdi. Əxlaq və davranışımızla onların (ə.s) təbliğatçılarından olaq.

Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun) nümayəndə heyətini istər kiçik, istərsə də böyük əməllərə görə özlərini mühasibə etməyə və istiğfar və tövbə ilə səhvləri düzəltməyə çağırdı.

Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun) Əhli-Beyt imamları (ə.s) özünü hesaba çəkməyi təqvanın səviyyəsini yüksəltmək və Allaha yaxınlaşmaq yolunda mühüm addım hesab edərək, möminləri özlərini hesaba çəkməyə təkidlə əmr etdiyini qeyd etdi.