Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) elmi şəxsiyyətləri və Mosul xalqından ibarət nümayəndə heyətini qəbul etdi

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) elmi şəxsiyyətləri və Mosul xalqından ibarət nümayəndə heyətini qəbul etdi

7/1/2024




Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İraqın daxilindən və xaricdən bir sıra alim və təbliğatçıları və Mosul şəhərindən onun məsləhət və atalıq göstərişlərini dinləmək üçün gəlmiş başqa bir nümayəndə heyətlərini qəbul etdi. Burada hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun) şəriət qaydalarına mültəzim olmağa və onun hökmlərini və Qurani-Kərimi öyrənməyin zəruriliyini qeyd etdi. Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun) bütün əməllərin bir-birinə bağlı olmasını və onların təqva ilə qəbul olunduğunu bundan sonar isə Allahın razılığının əldə olunmasını təkidlə vurğuladı.

Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun) izah etdi ki, Əhli-Beyt imamlarının (ə.s) şərafətli hərəmlərini ziyarət etmək, insanın özünü islah etməsi və müsbət dəyişikliklərə sövq etməsi, ziyarətçinin cəmiyyəti təkmilləşdirməyə çalışması üçün başlanğıc nöqtəsi olmalıdır. Hər kəs öz fərdi əxlaqı, davranışı və ailədə, qəbilədə, iş mühitində və ümumən cəmiyyətdə gündəlik rəftarları ilə həqiqi İslamın mənbəyi olan Əhli-Beytin (ə.s) müdafiəçisi olmalıdır.

 Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun) günahların zərərli təsirlərindən qurtulmaq üçün əməllərin qəbul edilməsinin əsasının təqvada olduğunu, təqvaya nail olmağın ən mühüm addımlarından birinin hər gün özünü hər bir əməl və sözə görə hesaba çəkmək, xətaları düzəltmək və Allaha tövbə etmək üçün çalışmağa çağırmaq olduğunu vurğuladı.

 Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun) buyurdu ki, özünə nəzarət etmək Əhli-Beytin (ə.s) rəvayətlərində vurğulanan bir prinsipdir və insan üçün onun ailəsini və cəmiyyətini islah etmək böyük fürsət hesab olunur. Hər bir insanın özünə nəzarəti öhdəsinə götürməsinin əhəmiyyəti, Allahın razılığına nail olmaq və xoşbəxt olanlardan olmaqdır.