Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Zəfər liderlərinin anım mərasimində iştirakı zamanı təkidlə:İraqın suverenliyi və təhlükəsizlik qərargahları təcavüzlərdən qorunmalıdır 4/1/2024 |
Ayətullah əl üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi və Nəcəful-Əşrəfdəki
mərkəzi ofisinin müdürü Şeyx Əli Nəcəfi Nəcəful-Əşrəfdə mədəniyyət sarayının
zalında zəfər liderlərinin şəhadətinin ildönümü münasibəti ilə keçirilən anım mərasimində
iştirak etdi.
Hörmətli Şeyx Əli Nəcəfi
çıxışında İraqın bir dövlət, xalq və öz müqəddəratını həll etmək kimi milli
suverenliyinin qorunub saxlanmasının və xarici tərəflərin əmniyyət orqanlarının
hədəfə alınmağın qarşısınin alınmasının zəruriliyini vurğuladı. Hörmətli Şeyx paytaxt
Bağdadda əmniyyət orqanlarının ailələrin terroru ilə yanaşı, bir qrup mücahidin
şəhadəti ilə nəticələnən İraqın suverenliyinin və təhlükəsizliyinin bu
yaxınlarda açıq-aşkar pozulmasından heyrətləndiyini bildirdi.
Tədbirdə Mərcəiyyətin cihadla bağlı verdiyi fətvanın şəhadətə yetişmək istəyənlər üçün fürsət və qapı hesab olunduğunu və bunun da dünya ictimaiyyətinə dinin cəmiyyətin əsas amili olduğunu əks etdirdi. |