Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi: Müqəddəs Kufə şəhərində keçirilən ilk İraq İxtiraçılar Forumunun tədbirlərində iştirak etdi

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi: Müqəddəs Kufə şəhərində keçirilən ilk İraq İxtiraçılar Forumunun tədbirlərində iştirak etdi

13/7/2023




Nəcəfi: Biz hökumət qurumlarımızı, müqəddəs ziyarətgahların rəhbərliyini və əlaqədar şirkətləri bu elmi və fikri intellektual enerjiləri mənimsəmək üçün təşəbbüs göstərməyə çağırırıq.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi və mərkəzi ofisinin müdürü hörmətli Şeyx Əli Nəcəfi Kufə müəzzəm məscidinin və Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinə bağlı Ənvarun-Nəcəfiyyə Mədəniyyət və İnkişaf Fondunun təşəbbüsü ilə Müstəqil Media Qrupunun təşkil etdiyi Birinci İraq İxtiraçılar Forumunun fəailiyyətinin açlışında iştirak etdi.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin müdürü Ənvarun-Nəcəfiyyə Mədəniyyət və İnkişaf Fondunun baş katibi, Şeyx Əli Nəcəfi, forumun fəaliyyətinin açılışındakı çıxışı zamanı dedi: “Biz tərifəlayiq və böyük səylər göstərən bütün alimləri təbrik edirik. Hörmətli mərcəi təqlidlər  inanır ki, İraq hələ də güclüdür nəinki yalnız regiona hətta dünyaya zəngin elmi, mədəni, iqtisadi və digər töhfələr verməyə qadirdir".

 Hörmətli Şeyx Kufə Məscidini, Müstəqil Media Qrupunu və Ənvarun-Nəcəfiyyəni İraq ixtiraçılarına qeyd edilən layihənin uğur qazanması üçün göstərdikləri səylərə görə təbrik edib xeyir-dua verdi. Eyni zamanda İraq dövlətinin qurumlarına, müqəddəs ziyarətgahlara bağlı qurumlara, eləcə də bu məsələ ilə əlaqədar İraq şirkətlərinə hörmətli ixtiraçıların İraqa, cəmiyyətə və elmə təqdim etdiyi yeniliklərə diqqət yetirmələri üçün çağırış etdi.