Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İraqın daxilindən və xaricdən gələn nümayəndə heyətlərini qəbul etdi

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İraqın daxilindən və xaricdən gələn nümayəndə heyətlərini qəbul etdi

4/7/2023




Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) tövsiyyələrini və atalıq nəshiətlərini dinləmək üçün İraqın daxilindən və xaricindəki nümayəndə heyətlərini qəbul etdi.

Mərcəi təqlid vurğuladı ki, mömin fərd özündə və həyat yolunda əməlləri üçün tərəzi qərar verməlidir. O tərəzi Allahın təqvası deyilmi?! Cəmiyyətlərimizi bu gün və sabah bürüyən uçurumlar qarşısında dayana biləcək bir nəsil əldə etməyimiz üçün Allahın bizim üçün dünya və axirət yaxşılığı üçün nəzərdə tutduğu bu əxlaqın nəsillərimizə və övladlarımıza çatdırılması lazımdır ki, edək.

Hörmətli Şeyx belə buyurdu: “Allah insanın icra etdiyi namaz, oruc, Hüseyni (ə.s) mərasimlərini yerinə yetirmək kimi bütün əməlləri ancaq təqvalılardan və onu  ixlasla yerinə yetirənlərdən qəbul edər."

Hörmətli Mərcəi təqlid izah etdi ki, Əmirul-möminin (ə.s) təqvalıların imamıdır. Onun şiələrinə, ardıcıllarına və aşiqlərinə, dünya və axirətdə onun şəfaət, inayət və qayğısını qazanmaq üçün təqvalılardan olmaları vacibdir.

Mərcəi təqlid çıxışında vurğuladı ki, Əhli-Beyt imamlarının (ə.s) hərəmlərinin ziyarətinin qəbul olmasının əlaməti, insanın gündəlik həyatında ailədən başlayaraq cəmiyyətə qədər davam edərək cəmiyyəti islah etmək üçün rəftar və əməllərində dəyişiklik edərək örnək olmasıdır.