Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Divaniyyədəki nümayəndə heyəti Allah-taalanın Kitabının (Qurani-Kərim) düşmənlərinə qarşı etiraz aksiyasında iştirak etdi 2/7/2023 |
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) Divaniyyə şəhərinin Məhanəviyyə məntəqəsində yerləşən nümayəndə
heyəti Allah-taalanın Kitabının (Qurani-Kərim) düşmənlərinə qarşı etiraz
aksiyasında iştirak etdi. Seyid Həsən Yasiri dedi: “Etiraz, İsveçin Stokholm Mərkəzi
Məscidində yeni bir ekstremist tərəfindən Qurani-Kərimin bir nüsxəsinin
yandırılmasını qınadığımızı və pislədiyimizi bəyan etmək məqsədi ilə baş tutub.
Beynəlxalq ictimaiyyət onu mühakimə etməli və cəzalandırmalıdır". Əslində, bu mənfur və təkrarlanan əməllər heç bir əsasla qəbul
oluna bilməz. Bu hadisə açıq şəkildə nifrət və irqçiliyi qızışdırır,
tolerantlıq, başqalarının qəbulu, demokratiya və bütün dinlərin ardıcılları
arasında dinc yanaşı yaşama dəyərlərinə açıq-aşkar hücumu ifadə edir”. O, sözünə davam edərək dedi: “Bu gün bəşəriyyət öz həyatını
bürüyən xaos, təlatüm, təşviş, müharibə və vəsvəsələrdən əzəmətli Quranla xilas
olmağa çox möhtacdır. Bu gün dünya ağır vəziyyətdədir. Qurani-Kərimin bütün
insanlar üçün xeyir, əmin-amanlıq, mərhəmət və təhlükəsizlik daşıdığı şeylərə
ehtiyacı var. Bu, Allahın sevimli Peyğəmbəri Muhəmmədə (s.ə.v.s) nazil etdiyi
İslamın mahiyyətidir. Allah onu bütün insanlara müjdəçi, qorxudan və rəhmət
olaraq göndərdi. O da risaləti çatdırdı və əmanəti yerinə yetirdi və o,
Allah-taalanın kəlamının misdaqı idi Səni də (Ya Rəsulum!) aləmlərə (bütün
insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik".
Seyid Yasiri vurğuladı ki, reallıq bizi əzəmətli Quranın təbliğinə can atan ümmətin alimlərinə, müdriklərinə, xeyriyyəçilərinə sadiq qalmağa, milləti öz mövqeyinə, öndər, liderlik və rəhbər mövqeyinə qaytarmağa məcbur edir. Cəmiyyət Allah-Taalanın Kitabına qarşı cəsarət edən hər kəslə, uca Allahın kitabını müdafiə etmək üçün böyük bir nizam yaratmalı və onlara cavab vermək üçün mütəşəkkil şəkildə və təsirli bir şüurlu hərəkat olaraq hərəkət etməlidir. |