Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Oman Sultanlığında baş vermiş mənfur hücum cinayətinə dair bəyanatı 17/7/2024 |
Ədəd: 567. Tarix: 11 Muhərrəm 1446 h, 17.07.2024 m. Bismilləhir-Rahmənir-Rahim "O kəslər
ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq (Allahın bəndələriyik)
və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!" deyirlər". Uca və əzəmətli Allah doğru buyurdu. Oman Sultanlığındakı əzizlərimizə... Əvvəlcə Allahın əzəmətli vəlisinin (canımız ona fəda
olsun) məqamına, sonra isə bu acı faciədə itki yaşayan hər kəsə başsağlığı
verir və Allahın, Onun Rəsulunun (s) və Əhli-beytin (ə.s) düşmənlərinin
Muskatın Böyük Vadi bölgəsində İmam Hüseynin (ə.s) matəmini qeyd edənlərə qarşı
törətdikləri hücuma görə baş vermiş faciəyə görə dərin kədərimizi bildiririk.
Bu hadisədə Peyğəmbərin (s) nəvəsinin matəmini yad etmək üçün toplanan imanlı
bir dəstə həyatını itirdi. Bu, Allahın dinini dirçəltmək, Allaha (c.c), Onun Rəsuluna
(s) və Əhli-beytinə (ə.s) sadiqlik əhdini yeniləmək məqsədinə xidmət edirdi.
Onların arasında isə matəm iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün həyatlarını
fəda edən təhlükəsizlik qüvvələrinin əməkdaşları da var idi. “Biz Allahınıq
(Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına)
qayıdacağıq!". Onları Allaha təslim edirik. Uca Allahdan onları İmam
Hüseynin (ə.s) tərəfdarları ilə birlikdə həşr etməsini diləyirik. Burada vurğulamaq istəyirik ki, Oman Sultanlığı hər
zaman sülh və əmin-amanlıq diyarı olub və olaraq da qalır. Bu çirkin əməlin mənbəyi
isə nifrət, düşmənçilik, cahillik və küfrdür. Keçmiş dövrlərdə müsəlman ölkələrinin
çoxunu da bu kimi əməllər hədəf alıb. Hökumətin cəmiyyətin qayğısına qalması, təcavüzkarları
məsuliyyətə cəlb etməsi və imam Hüseynə (ə.s) məclislər qurub təsəlli verənlərə
təhlükəsizlik təmin etməsinə görə onları dəstəkləyirik.
Allah-taaladan dünyasını dəyişənlərə rəhmət etməsini,
yaralılara şəfa verməsini və bütün əzizlərimizin, xüsusən də Oman Sultanlığında
olan qardaşlarımızı qorumasını diləyirik. O, duaları eşidən və cavab verəndir.
Uca və əzəmətli Allahdan başqa güc və qüvvət sahibi yoxdur. |