Ayətuallah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Pakistanın Paraşnar şəhərində baş verən son hadisələrlə bağlı və oradakı əzizlərinə olan bəyanatının tərcüməsi 27/7/2024 |
Ədəd: 11 Tarix: Məhərrəm ayının
21-i, 1446-cı il, müvafiq olaraq: 27.07.2024-cü il. Bismilləhir
Rahmənir Rahim. Möminlərin
arasında elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan
kimisi şəhid olmuş, kimisi də (şəhidliyi) gözləyir. Onlar verdikləri sözü qətiyyən
dəyişdirmədilər. Sadaqallahu-ləliyyu-lazim. Təəssüflər olsun
ki, son bir neçə gündə Pakistanın Paraşnar şəhərilə bağlı və bütün dövlət və təhlükəsizlik
orqanlarının gözü qarşısında terroristlərin orada davamlı olaraq dindarları hədəf
alması ilə bağlı narahatedici xəbərlər aldıq. Qəribədir, ümmət
nə vaxta qədər gənclərin cənazələrini çiyinlərində daşıyaraq dəfn edəcəklər?
Pakistan İslam Dövlətinin qurulmasında əsas rolu olan və indiyə qədərdə var
olanlar başa düşülən deyil! Bu
terrorçuların liderləri elə təsir gücünə malikdirlər ki, ölkənin bütün
qurumları gücsüzdür? Hökumətə ölkədəki
hər bir vətəndaşa sülh, təhlükəsizlik və nizam təmin etmək məsuliyyəti düşür. Vətəndaşların
hökumət və dövlət qurumlarının yalnız sözlərdən ibarət olmayan praktik tədbirlərə
inandığını başa düşməsi üçün konkret addımlar atılmalıdır. Hər kəs üçün
aydın olmalıdır ki, dünyada bir çox ölkələr var ki, orada insanlar müxtəlif
dinlərdə bir arada sülh içində yaşayır, öz dinlərinə və inancına riayət edirlər.
Alimlər və nüfuzlu şəxslər qarşılıqlı sülh şəraitinin təşviqində fəal rol
oynamalıdırlar. Möminlər bu çətin dövrdə qardaşlarını terrorçuların arasında tək
buraxmamalı, ən azından onları dualarında unutmamalıdırlar. Əzizlərimiz,
doğrudur ki, biz sizdən uzaq məsafələrdə olsaq da xidmətinizdə ola bilməsək də,
siz bizim qəlbimizdə və dualarımızdasınız. Yalnız dualarımızda deyil, həm də
Allahın rəhməti, Əhli-beytin (ə.s) kərəmi və lütfü də sizinlədir. Şəhidlərimiz
də Əhli-beytlə (ə.s) birlikdədirlər və onların xüsusi şəfaətlərinin, xüsusilə də
Allahın Böyük Vəlisinin (ə.f) diqqəti altındadırlar. "Zalımlar isə
qayıdacaqları yeri mütləq biləcəklər". Uca və əzəmətli Allahdan başqa güc
və qüvvət sahibi yoxdur. Vəssəlamu əleykum
vərhmətullahi vəbərakətuh... Şeyx Bəşir Hüseyn Nəcəfi Nəcəf Əşrəf Məhərrəm haram / 26 / 1446 / m.
|