Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi Xanım Zəhranın (s.ə) şəhadətinin ildönümündə möminlərlə birgə Fatimiyyə yürüşündə iştirak edir 16/11/2024 |
Ayətullah əl üzma
Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) möminlərin izdihamı ilə Zəmanə
İmamına (ə.f) böyük nənəsinin şəhadətilə bağlı başsağlığı vermək üçün özünün Nəcəful-Əşrəfdə
yerləşən mərkəzi ofisindən Əmirul-mömininin (ə.s) hərəminə doğru başlayan əzəmətli
Fatimiyyə (ə.s) yürüşündə iştirak etmişdir. Yürüş dini elmlər
üzrə ustad və tələbələrin təmsil olunduğu alimlərin iştirakına şahidlik edib.
Yürüşdə dini mərcələrin nümayəndələri və etimad etdikləri şəxslər iştirak ediblər.
Həmçinin, burada İraqın möhtərəm qəbilələrinin şeyxləri və əyanları və onların
oğulları, akademiklər və imam Hüseyn (ə.s) heyətlərinin sahibləri iştirak ediblər. Vilayəti təzələmək
və həqiqi Muhəmməd (s) dinini dirçəltmək Hörmətli mərcəi təqlid
(kölgəsi davamlı olsun) təkidli şəkildə bunu söyləyib ki, “Fatimiyyə (ə.s) əzadarlığının
dirçəlişi Əhli-beytə (ə.s) vilayətin təzələnməsi və həqiqi Muhəmməd (s) dininin
dirçəlişidir”. O əlavə edib ki, Xanım Zəhra (ə.s) atasının (s) dinini müdafiə
etmək üçün müsibətlərə dözüb və bunun üçün ən böyük fədakarlıqlar edib. Xanım Zəhra (ə.s)
insan kamilliyinin rəmzidir Hörmətli mərcəi təqlid
(kölgəsi davamlı olsun) qeyd etdib ki, Xanım Zəhra (ə.s) bəşəriyyət üçün böyük
örnəkdir və Allahın insan üçün istədiyi həqiqi kamilliyi təcəssüm etdirir.
Şeyx, bütün möminləri - xüsusən də qadınları - onun həyatına nümunəvi qız, həyat
yoldaşı və ana olaraq iqtida etməyə çağırıb. Fatimiyyə (ə.s)
Yürüşü: illik (dini) ayinlərin dirçəlişidir Öz növbəsində,
Hörmətli mərcəi təqlidin (kölgəsi davamlı olsun) təmsilçisi və onun Nəcəful-Əşrəfdəki mərkəzi
ofisinin müdiri Şeyx Əli Nəcəfi (Allah ömrünə bərəkət versin) bildirib ki,
“Fatimiyyə (ə.s) yürüşü illik matəmdir və bu matəm vasitəsilə möminlər ədalətsizlik
və müxtəlif formalarda və zamanlarda terrorizmi rədd edirlər”. O, Xanım Zəhraya
(ə.s) edilən hücumun İslam ümmətinin başına gələn bütün bəlaların qapısı
olduğunu vurğulayıb. Vəfadarlıq və
fədakarlıq mesajı Hörmətli mərcəi təqlidin
(kölgəsi davamlı olsun) təmsilçisi vurğulayıb ki, Fatimiyyə (ə.s) matəm mərasimi
Əhli-beyt (ə.s) vilayəti və vəfadarlığı haqqında yeni bir bəyannamə və Xanım Zəhranın
(ə.s) müdafiə etdiyi haqq və ədalət naminə davam edən fədakarlığın təsdiqidir. Əhli-beytə (ə.s)
başsağlığı və vilayət ifadələri Rəsul küçəsindən keçərək Əmirul-mömininin (ə.s)
hərəminə çatana qədər Fatimiyyə (ə.s) yürüşü Əzəmətli Peyğəmbərə (s) və onun
pak Əhli-beytinə (ə.s) başsağlığı və sədaqət şüarlarının səsləndirilməsinə
şahidlik edib.
Mərasim imam Əlinin (ə.s) hərəmində əzadarlıq məclisinin keçirilməsi, daha sonra Mövla imam Əlinin (ə.s) hərəmini ziyarət etmək, Həzrət Muhəmmədin (s) (din və) yoluna sevgi və sədaqətlərini ifadə etməklə yekunlaşıb.
|