Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bağdad şəhərindəki nümayəndəliyi, ehtiyacı olanlar üçün məktəb geyimi paylama kampaniyasını başladıb 6/11/2023 |
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) Bağdad şəhərinin Səfir məntəqəsindəki nümayəndəliyi, imkansız
ailələrin və yetim uşaqların məktəb geyimi ilə təmin olunması məqsədilə
kampaniya həyata keçirib. Şeyx Kərrar Suveydi dedi: “Allahın köməyi və lütfü ilə,
həmçinin imam Höccət Sahibuz-Zamanın (ə.f) adından, yetimlər və imkansız təbəqədən
olan məktəbli oğlan və qızlarımız üçün məktəb geyimlərinin paylanması
kampaniyasını həyata keçirdik. Bu kampaniya, bizim qeydiyyatımızda olan təxminən
60 ailəni əhatə etdi”. O əlavə etdi: “Nümayəndəlik, Ayətullah əl üzma Şeyx Bəşir
Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) bu məsələyə dair göstərişlərinə uyğun
olaraq, ehtiyacı olan və kasıb təbəqədən olan insanlarımıza xidmət göstərməyə
davam edir”.
Şeyx Suveydi həmçinin xeyriyyəçilərə, yardımsevər insanlara və onların ehtiyac içində olanlara dəstəkləri ilə göstərdikləri səxavətə görə təşəkkür etdi. |