Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Qurban bayramı münasibətilə onu təbrik etməyə gələn heyətləri qəbul etdi 28/6/2023 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun), Qurban bayramı münasibətilə
onu təbrik etməyə gələn yerli və xarici möminləri, o cümlədən müxtəlif mədəniyyət
və dini təbəqələrin nümayəndələrini, eləcə də qeyrətli İraq qəbilələrinin övladlarını
qəbul etdi. Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) bayram münasibətilə gələnlərə
dini və ata nəsihətləri, eləcə də möminlərin işlərinə aid vacib tövsiyələr
vermiş, eyni zamanda iştirakçıların fiqh və etiqadla bağlı suallarını
cavablandırdı.
Bundan başqa, mərcəi-təqlid
(kölgəsi davamlı olsun), Allah-taalaya dua edərək ümməti qorumağını və onu əzəmətli
Peyğəmbər (s) və onun pak Əhli-beytinin (ə.s) himayəsi altında hidayət və islah
yoluna yönəltməsini dilədi.
Gələnlər isə mərcəi-təqlidin tövsiyələrinə, verdiyi nəsihət və göstərişlərinə görə ona minnətdarlıqlarını bildirdilər. |