Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Qurban bayramı münasibətilə Nəcəful-Əşrəfin təhlükəsizlik rəhbərlərini qəbul etdi 29/6/2023 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Nəcəful-Əşrəfin Polis rəisi,
general-leytenant, doktor Muhəmməd Sami Məzlum və onunla birlikdə gələn təhlükəsizlik
qurumlarının rəhbər və zabitlərini qəbul etdi. Eyni zamanda, Nəcəful-Əşrəf Hərbi
Kəşfiyyat İdarəsinin müdürü və onunla gələn nümayəndə heyətini ayrı-ayrılıqda qəbul
etdi.
Bu görüşlər Qurban
bayramı münasibətilə mərcəi-təqlidi (kölgəsi davamlı olsun) təbrik etmək məqsədilə
baş tutdu. Hörmətli mərcəi-təqlid
(kölgəsi davamlı olsun) öz çıxışında vurğuladı ki, İraq İslamın və dinin qüdrətidir.
Hər kəs öz məsuliyyəti və rolu çərçivəsində İraqın inkişafı üçün çalışmalıdır.
O, qeyd etdi ki, İraqın Allah yanında xüsusi bir məqamı var. Çünki İraq, peyğəmbərlərin
(ə.s) və rəsulların (ə.s) beşiyi, Əhli-beytin (ə.s) altı imamının məkanıdır.
Bundan başqa, burada övliyalar və saleh şəxslər də vardır. Eyni zamanda, İraq
imam Sahibuz-Zamanın (canımız onun ayağının tozuna fəda olsun) rəhbərliyi
altında dünyanın idarəçilik mərkəzidir. Sözügedən görüşdə Nəcəful-Əşrəfin
şiəlikdə xüsusi bir məqamının olduğunu vurğulayan mərcəi-təqlid (kölgəsi
davamlı olsun) şəhərin təhlükəsizliyini və vətəndaşların, ziyarətçilərin təhlükəsizliyini
təmin etmək üçün bütün lazımi səylərin göstərilməsinin vacibliyini bəyan etdi.
O, Nəcəful-Əşrəfi şiəliyin mərkəzi və paytaxtı adlandırdı. Hörmətli mərcəi-təqlid
(kölgəsi davamlı olsun) əlavə etdi ki, İraq dünyada mühüm bir ölkədir və təhlükəsizlik
və iqtisadi sahələrdə qlobal təcrübələrdən istifadə edərək böhranların və
problemlərin öhdəsindən gəlməlidir. O, işsizliyin ən vacib məsələlərdən biri
olduğunu qeyd edərək, İraq dövləti tərəfindən bu problemin həlli üçün əsaslı
addımlar atılmasının vacibliyini vurğulamışdır. O, İraq vətəndaşına iş və ləyaqətli
həyat təmin etməyin sadəcə bir yaxşılıq olmadığını, qanuni və dini bir öhdəlik
olduğunu bildirdi.
Nümayəndə heyətinin rəhbərləri isə mərcəiyyətin verdiyi nəsihət və tövsiyələrə görə ona təşəkkür etdilər. |