Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəliyi Bəsrədə bir sıra dini kurs və mühazirələrə himayədarlıq edir. 14/2/2025 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərinin Deyrə qəsəbəsi,
Şafi nahiyəsindəki nümayəndəliyi "Darül-Fərəh" yetimlər evi üçün bir
sıra dini kurs və mühazirələr təşkil edib. Şeyx Müsənna Rubeyi
bu mühazirələrin keçirilməsinin əhəmiyyətini vurğulayaraq bildirdi ki, bu Nəcəful-Əşrəfdəki
ali dini mərcəiyyətin göstərişlərinə uyğun olaraq, yetim uşaqlara dini elm və
maarifi çatdırmaq məqsədilə təşkil olunub. O, çıxışında qeyd
etdi: "Bizim borcumuz bu xeyirxah təbəqəyə – İraqın məsum yetimlərinə ata
qayğısı ilə yanaşmaq, onlara bütün mümkün dəstəyi göstərmək və onları təhlükəsiz
bir gələcəyə yönəltməkdir. Biz, mövcud imkanlar çərçivəsində onlara yardım etməyə
davam edirik, eyni zamanda “Darül-Fərəh” yetimlər evinin göstərdiyi böyük səyləri
də təqdir edirik. Allah-Təala onları Öz razılığına yönəltsin. Həqiqətən, O, ən
gözəl Mövla və ən yaxşı Yardımçıdır".
Şeyx Rubeyi bu maarifləndirici təşəbbüsdə iştirak edən alim və fəqihlərin göstərdiyi böyük səyləri yüksək qiymətləndirərək, bu addımların ümumi rifaha töhfə verdiyini vurğuladı. |