Beynəlxalq qarilərin geniş iştirakı ilə… Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Bəsrədə Beynəlxalq Quran Məclisi keçirdi. 14/2/2025 ![]() |
Beynəlxalq Quran Məclisi
keçirdi. Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölkgəsi davamlı olsun) Bəsrə şəhərinin Mədinə qəsəbəsindəki
nümayəndəsi geniş beynəlxalq qari iştirakçılığı ilə Beynəlxalq Quran Məclisi təşkil
etdi. Bu tədbir İran Konsulluğunun Mədəniyyət Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində
keçirildi və Bəsrə cəmiyyətinin müxtəlif təbəqələrinin geniş iştirakı ilə
müşayiət olundu. Seyid Muhəmməd Cabiri
tədbirlə bağlı açıqlamasında dedi: "Son günlərdə biz böyük bir Quran məclisinin
keçirilməsinin şahidi olduq. Bu məclisdə bir sıra beynəlxalq qari iştirak etdi,
Bəsrə cəmiyyətinin müxtəlif təbəqələrindən insanlar və İran İslam
Respublikasından bir qəbilə nümayəndə heyəti tədbirə qatıldı. Onlara xidmət etmək
bizim üçün bir şərəf idi. Belə Quran məclisləri və tədbirlərinə diqqət yetirmək
qardaşlıq, birlik və həmrəyliyi gerçəyə çevirir, Allahın şüarlarını yaşatmaq və
İslam dininə yardım məqsədi daşıyır". O, çıxışı zamanı qeyd
etdi ki, nümayəndəlik, Allahın kitabına xidmət etmək üçün belə Quran məclisləri
və tədbirlərini təşkil etməklə böyük səylər göstərir və bu yolda heç bir zəhmətdən
çəkinməyəcək. Bütün bu işlər Allahın lütfü və müvəffəqiyyəti sayəsində həyata
keçirilir. Seyid Cabiri bu mübarək
Quran məclisinin təşkilində göstərilən səyləri yüksək qiymətləndirərək, tədbirin
uğurla baş tutmasına səbəb olan əməkdaşlıq üçün xüsusi minnətdarlığını bildirdi.
|