Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) mübarək Məbəs günü münasibətilə təbrik üçün gələn nümayəndə heyətlərini qəbul etdi 28/1/2025 |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı
olsun) mərkəzi ofisində mübarək Məbəs günü münasibətilə təbrik üçün gələn
möminlərin nümayəndə heyətlərini qəbul etdi. Bu heyətlər İraqın müxtəlif bölgələri,
Körfəz ölkələri, İran İslam Respublikası, Pakistan İslam Respublikası və
Hindistandan ayrı-ayrılıqda gəlmişdilər. Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı
olsun) qeyd etdi ki, Uca Allahın dərgahında Peyğəmbəri-Əkrəmin (s) çox böyük və
yüksək bir məqamı vardır. Bu, onun üstün dərəcələri və İslam dini üçün göstərdiyi
fədakarlıqlarla əlaqədardır. O, vurğuladı ki, əməlin sözlərdən üstün tutulması
çox vacibdir. Belə ki, İslam təbliğatının uğur qazanmasının əsas amillərindən
biri də Peyğəmbərimizin (s) sözlərdən əvvəl əməlləri ilə nümunə olmasıdır. Məhz
bu səbəbdən, o, risalətini elan etməmişdən əvvəl belə, "Sadiq və
Əmin" kimi tanınmışdı.
Görüş zamanı Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) fiqh və əqaid mövzularında bir sıra tövsiyə və dini istiqamətləndirmələr verdi. O, sonda möminlər üçün xeyir, uğur və hifz olunmaları üçün dua etdi. |