Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Əllamə seyid Şəmim Həsəni və onu müşayiət edən nümayəndə heyətini qəbul etdi 1/2/2025 ![]() |
Nümayəndə heyətinə Hindistanın Lakna şəhərindən gələn
"Əncamən Qulaman Seyyidə Zeynəb (s.ə)" movkibi və Kərbəla şəhərində
keçirilən beynəlxalq "Səbir və Vəfa" festivalının təşkilatçıları
daxil idi. Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı
olsun), Hindistanın Lakna şəhərindən gələn "Əncamən Qulaman Seyyidə Zeynəb
(s.ə)" movkibinin rəhbəri Əllamə Şəmim Həsəni və onu müşayiət edən nümayəndə
heyətini qəbul etdi. Nümayəndə heyətinə movkibin üzvləri ilə yanaşı, Hindistanın
Benares şəhərindən olan alimlər, şairlər və dini təbliğçilər də daxil idi.
Onlar Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) üçün,
öz əlləri ilə yazdıqları, Zəmzəm suyu və müqəddəs şəfa torpağından istifadə
edilən Quranın otuzuncu cüzünü təqdim etdilər. Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı
olsun) bu xidmətləri bərəkətli sayaraq, Uca Allahdan onların işlərində daha çox
uğur və müvəffəqiyyət arzuladı. O, İslam dininə etdikləri xidmətlərə görə nümayəndə
heyətinə minnətdarlığını bildirdi və bu cür fəaliyyətlərin böyük əhəmiyyət kəsb
etdiyini vurğuladı. Görüş zamanı hörmətli mərcəi-təqlid (kölgəsi davamlı
olsun), möhtərəm alimlər qarşısında çıxış edərək, Lakna hövzəsinin dini və elmi
mövqeyinin gücləndirilməsinin və onun əvvəlki günlərdə olduğu kimi yenidən
canlandırılmasının vacibliyini qeyd etdi. O, bunun yalnız hər kəsin birgə səyi
ilə mümkün olacağını bildirdi. Qeyd edək ki, bu movkibin fəaliyyətləri hörmətli mərcəi-təqlidin
(kölgəsi davamlı olsun) ofisinin dəstəyi və onun Nəcəful-Əşrəfdəki mərkəzi
ofisinin müdürü və təmsilçisi Şeyx Əli Nəcəfinin nəzarəti altında həyata
keçirilir.
Hər il bu movkib, Şaban ayının üçüncü gecəsində Kərbəla şəhərində, imam Hüseyn (ə.s) və Həzrət Abbasın (ə.s) hərəmləri arasındakı "Beynül-Hərəmeyn" adlı müqəddəs məkanda böyük bir festival təşkil edir. "Səbir və Vəfa Festivalı" adlanan bu tədbirdə Hindistan, Pakistan və dünyanın müxtəlif yerlərindən gələn Əhli-beyt (ə.s) şairləri və ədibləri iştirak edir, öz şeirləri və çıxışları ilə Şaban ayının mübarək nurlarını yad edirlər. |