Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Höccətül-İslam vəl-müslimin Seyid Mürtəza Mürtəza Amilini qəbul etdi 31/1/2024 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Livan dövlətinin din alimlərindən
və tanınmış şəxsiyyətlərindən biri, həmçinin Keniya dövlətində İmamiyyə (İsnə
Əşəriyyə (on iki imamlı)) müsəlman icmasının imamı olan Höccətül-İslam vəl-müslimin
Seyid Mürtəza Mürtəza Amilini qəbul etdi. O, Afrikada möminlərə xidmət etməkdə
və peyğəmbərlərin Rəhbərinin (s) bayrağını qitədə dalğalandırmaqda böyük xidmətlər
göstərir. Görüş zamanı
Əhli-beytin (ə.s) mövqeyi, onların əzəməti və mənəvi məqamı barədə söhbət
aparıldı. Həmçinin İslam və müsəlmanların dünyadakı, xüsusilə Afrika qitəsindəki
vəziyyəti, eləcə də İslamın həqiqi, Muhəmmədi təlimlərinin cəmiyyət arasında
yayılması və doğru inanc və əxlaq əsasında davranışların formalaşması mövzuları
müzakirə edildi. Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Seyid Amilinin İslamın həqiqi
mahiyyətini müxtəlif ölkələrdə, xüsusilə Afrika qitəsində yaymaq istiqamətində
çəkdiyi böyük zəhmətləri təqdir etdi və onun bu sahədəki fədakarlıqlarını
alqışladı.
Sonda hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) uca Allahdan ümməti hidayət və islah yoluna yönəltməsini dilədi. |