Amerikadan olan Əhli-beyt (ə.s) tərəfdarlarından ibarət nümayəndə heyəti Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) tövsiyələrindən bəhrələndi 28/1/2024 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun), ABŞ-dan gələn və Seyid Həsən
Mürtəza Qəzvininin başçılıq etdiyi Əhli-beyt (ə.s) tərəfdarlarından ibarət
nümayəndə heyətinə bir sıra dini göstəriş və tövsiyələr verdi. Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) buyurdu ki, Əhli-beyt (ə.s) məktəbinin
ardıcılları olaraq mömin icmanın üzərinə böyük məsuliyyət düşür. Onlar
imamların (ə.s) elmini, İslamın əsas prinsiplərini və bu ilahi dinin düzgün təlimlərini
yaymaq, həmçinin sevgi, dözümlülük, ülfət, yalnız Allaha ibadət, ədalət və
haqqın bərqərar olması kimi dəyərləri insanlara çatdırmaq vəzifəsini
daşıyırlar. O, vurğuladı ki, Peyğəmbər (s) insanlara hidayət yolunu göstərənlərin
yüksək məqam sahibi olduqlarını xüsusi olaraq qeyd etmişdir. Öz növbəsində, nümayəndə
heyəti ABŞ-da yaşayan möminlərin vəziyyəti və Əhli-beyt (ə.s) xatirəsinə
keçirilən mərasimlər, dini məclislər və İslam prinsiplərinin təbliği ilə bağlı
gördükləri işlər haqqında məlumat verdi.
Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) sonda nümayəndə heyətinə uğurlar və Allahın razılığını qazandıran əməllərinin qəbul olunmasını arzuladı. Nümayəndə heyəti də hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) dəyərli tövsiyələrini yüksək qiymətləndirərək, onun sağlamlığı və uzun ömürlü olması üçün dua etdi. |