Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəliyi Bəsrə şəhərində Ramazan ayında Quran qiraəti, tilavət və təfsir mərasimlərini davam etdirir 15/3/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin ( kölgəsi
davamlı olsun) nümayəndəliyi Bəsrə şəhərinin Şafi bölgəsində Ramazan ayı
boyunca Quran qiraəti, tilavət və təfsir mərasimlərini davam etdirir. Şeyx Müsənna Rubeyi bu mərasimlər haqqında danışarkən belə
demişdir: "Hər birimiz bu mübarək ayda Quranın rolunu və insan ruhunu Rəbbinə
qayıtmağa dəvət edən böyük dəstəyini dərk edirik. Allah bu mübarək Ramazan
ayında bizə bu ruhi təcrübələri bəxş etmişdir. Biz onun müqəddəs kitabının ayələrini
oxuyub, təfsir edərək özümüzü bu unikal ruhaniyyətə yönəldirik, bu da müsəlman
şəxsin öz Yaradanı ilə əlaqəsini tam şəkildə gücləndirir". Şeyx Rubeyi əlavə edərək bildirib ki, nümayəndəlik Ramazan
ayının hər günü üçün bu əzəmətli mərasimləri təşkil etmək məqsədilə tam bir
proqram hazırlamışdır. O, qeyd edib ki, bu mərasimlər insanı Allahın kitabını
oxumağa dəvət edir, bu isə onu bütün dünya şehvət və nəfsindən uzaqlaşdırır,
çünki bunlar müsəlmanı bir il boyunca yorur. O, sözlərinə belə davam edib:
"Bu mərasimlər insanın Rəbbinin hüzurunda sükunət tapması, ürəklərin və
ruhların təmizlənməsi və ilk halına qayıtması üçün bir fürsət təmin edir". Şeyx Rubeyi çıxışını, Allahın kitabını oxumağın və onun ayələrini
düşünmənin əhəmiyyətini vurğulamaqla bitirdi. O, bunun böyük bir xeyir gətirdiyini
və həm fərd, həm də cəmiyyət üçün ruhsal və mənəvi tərbiyə təmin etdiyini qeyd
edib.
|