Diyalə…Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi: İmkansız və ehtiyaclı ailələrə ərzaq paylaması davam edir 28/3/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) Diyalə şəhərindəki nümayəndəsi imkansız və ehtiyaclı ailələrə ərzaq
paylamasını davam etdirir. Şeyx Harun Muhəmmədi bildirib: “Nümayəndəlik, bizdə qalan ərzaq
səbətlərini, yardıma həqiqətən ehtiyacı olan şəxslərə yardım və dəstəyi
çatdırmaq üçün istifadə etdiyimiz xeyriyyə siyahılarında qeydiyyatda olan
imkansız və ehtiyaclı ailələrə paylamağa davam edir". O, çıxışı zamanı qeyd edib ki, bu yardımlar bizə
"Ənvarun-Nəcəfiyyə Mədəniyyət və İnkişaf Fondu"nun təşəbbüsü ilə
çatdırılıb. Bu fond, Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) ofisinin nəzarət etdiyi qurumlardan biridir və uzun illərdir Müqəddəs
Ramazan ayında möminlərə xidmət edir.
Şeyx Muhəmmədi bu xeyriyyə sahəsində çalışan hər kəsə təşəkkür və minnətdarlığını bildirərək, xeyirxah insanları bu mühüm humanitar sahədə nümayəndəliyin layihələrini dəstəkləməyə davam etməyə çağırıb. |