Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Fitr bayramı münasibətilə təbrikə gələn heyətləri qəbul etdi və nəfsin hesaba çəkilməsi və davranışların islahı barədə tövsiyələr verdi 1/4/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı
olsun) ölkə daxili və xaricindən gələn nümayəndə heyətlərini qəbul edərək Mübarək
Fitr bayramı münasibətilə onlardan təbriklər aldı. Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı
olsun), Heyətlə söhbətində bir sıra ata nəsihətləri və istiqamətləndirici
tövsiyələr verərək, möminlərin Əhli-beytin (ə.s) dini və əxlaqi yoluna möhkəm
sarılmalarının zəruriliyini vurğulayıb. Bu yolun doğru və Uca Allahın
razılığına aparan düzgün yol olduğunu qeyd edib.
Həmçinin o, müqəddəs ziyarətgahların ziyarətinin nəfsin
islahı və pis davranışların yaxşıya çevrilməsi üçün fürsət olduğunu bildirib.
Əhli-beyt imamlarının (ə.s) nəfsin davamlı hesaba çəkilməsini tövsiyə etdiklərini
qeyd edərək, insanın öz səhvlərini və mənfi vərdişlərini tanıyıb düzəltməsinin
vacibliyini vurğulayıb. O, həmçinin “Ziyarətin qəbul olunmasının əlaməti
insanın davranışında müsbət dəyişikliklərin baş verməsidir” deyə bildirib. Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun), insanın hər
gün özünü hesaba çəkməsinin və əməllərini doğru və yanlış, Allahın razılığı və
narazılığı baxımından ölçüb-dəyərləndirməsinin vacibliyinə diqqət çəkib. O, səhvlərin
islahı və doğru əməllərin gücləndirilməsi ilə insanın təqva və ilahi yaxınlıq dərəcələrinə
yüksələ biləcəyini bildirib. Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun)söhbətinin
sonunda möminləri yetimlərə qayğı göstərməyə, onlarla əlaqəni davam etdirməyə,
həm maddi, həm də mənəvi dəstək verməyə çağıraraq, bu yetimlərin bütün İraq
xalqının boynunda bir əmanət olduğunu vurğulayıb.
|