Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisi Mübarək Fitr bayramı münasibətilə təbrikə gələn mömin heyətləri qəbul etdi 2/4/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) nümayəndəsi Şeyx Əli Nəcəfi, İraqın müxtəlif şəhərlərindən, həmçinin
bir sıra ərəb, İslam və Körfəz ölkələrindən gələn mömin heyətləri qəbul
etmişdir. Heyətlər, Mübarək Fitr bayramının gəlişi münasibətilə hörmətli
mərcəi-təqlidin (kölgəsi davamlı olsun) ofisinə təbriklərini təqdim etmək və Nəcəful-Əşrəfdəki
mərcəi-təqlidlərin nəsihət və tövsiyələrini dinləmək üçün gəlmişdilər. Şeyx Əli Nəcəfi, bir sıra dəyərli nəsihət və istiqamətləndirici
fikirlər səsləndirdi. Onların ən önəmlilərindən biri İslam cəmiyyətində İslami
kimliyin, İraq cəmiyyətində isə İraq kimliyinin qorunması idi. O, bizim
sivilizasiyamızdan və dəyərlərimizdən uzaq olan mədəniyyətlərin cəmiyyətimizə
yeridilməsi üçün aparılan planlardan xəbər verərək buna qarşı diqqətli olmağı
tövsiyə etdi. Hörmətli Şeyx Əli Nəcəfi, mərcəi-təqlidlərin ofislərinin
qapılarının gənclər üçün açıq olduğunu vurğuladı. Belə ki, bəzi məqsədli media
və sosial şəbəkələrin İslami dəyərlərə qarşı yönəlmiş şübhə və
saxtakarlıqlarına cavab vermək üçün gənclərin gerçəkləri tanıması vacibdir. O,
İslamın dəlil və elmi əsaslara söykəndiyini və əgər biz Quran və Peyğəmbər
Əhli-beytinə (ə.s) möhkəm sarılsaq, bu doğru İslam inancının sarsılmaz
qalacağını bildirdı. Sonda, şeyx möminlərin bir sıra suallarını cavablandırdı və
hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) salamlarını, tövsiyələrini və
dualarını bütün möminlərə çatdırdı.
|