Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Mərkəzi Ofisi Əbülfəzl Abbasın (ə.s) ziyarətgahının əməkdaşlarından ibarət nümayəndə heyətini qəbul edib və şükr və istiğfar dəyərlərinin əhəmiyyətini vurğulayıb 8/4/2025 ![]() |
Səfərləri çərçivəsində Nəcəful-Əşrəf şəhərinə baş çəkən müqəddəs
Əbülfəzl Abbasın (ə.s) ziyarətgahının əməkdaşlarından ibarət nümayəndə heyəti
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Mərkəzi
Ofisi tərəfindən qəbul edilib. Ofisin nümayəndəsi, hörmətli Seyid Muhəmməd Tahir Cəzairi tərəfindən
keçirilən istiqamətləndirici mühazirədə istiğfar və şükrün ali imani dəyərlər
olaraq əhəmiyyəti müzakirə olunub. O, qeyd edib ki, istiğfar təkcə dillə deyiləcək
bir ifadə deyil, əksinə, səmimi peşmançılıq və günaha qayıtmamaq qərarı ilə
müşayiət olunan daxili bir haldır. Eyni zamanda, şükrün də yalnız Allahın nemətlərini
həqiqətən hiss etməklə və bu nemətləri həm davranış, həm də sözlə etiraf etməklə
tam olduğunu bildirib. Seyid Cəzairi əlavə edib ki, İmamlar (ə.s) tərəfindən nəql
olunan rəvayətlərdə insanın həyatında ya günah, ya da nemət olduğu və hər iki
halda Allahın insan qarşısında hüccətini tamamladığı vurğulanır. O,
iştirakçıları bu iki dəyərin dərinliyini anlamağa və şəxsi və ictimai həyatlarında
tətbiq etməyə çağırıb. O, həqiqi möminin günahını etiraf edib istiğfar edən, nemətini
etiraf edib şükür edən şəxs olduğunu vurğulayıb. Bu etirafın ibadətin mahiyyəti
olduğunu bildirərək imam Baqir (ə.s) tərəfindən buyurulan bu kəlamı xatırladıb:
“Allaha and olsun, Allahın insanlardan istədiyi yalnız iki xüsusiyyətdir: nemətlərini
etiraf etsinlər ki, O artırtsın, günahlarını etiraf etsinlər ki, O bağışlasın".
Sonda o, Əhli-beytin (ə.s) ziyarətgahlarında xidmət etməyin, o cümlədən Əbülfəzl Abbasın (ə.s) hərəminə xidmətin, ən böyük nemətlərdən biri olduğunu və bu nemətin dəyərini dərk etməyi, bu xidmətin şükrünü isə ixlas və haramlardan çəkinməklə ifadə etməyi zəruri sayıb. |