Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İrandan və Böyük Britaniyadan gəlmiş möminlərdən ibarət nümayəndə heyətlərini qəbul edib 13/4/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi
davamlı olsun) İran İslam Respublikasının müxtəlif şəhərlərindən və Böyük
Britaniyada yaşayan mömin icmalardan gəlmiş bir sıra nümayəndə heyətlərini qəbul
edib. Bu nümayəndə heyətləri müxtəlif ictimai təbəqələri təmsil edirdi və
İraqdakı müqəddəs ziyarətgahları ziyarət etmək, həmçinin hörmətli mərcəi-təqlidin
(kölgəsi davamlı olsun) dini və mənəvi tövsiyələrindən faydalanmaq məqsədilə təşrif
buyurmuşdular. Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi
davamlı olsun) bir sıra ata nəvazişi ilə dolu dini tövsiyə və göstərişlər verərək,
müqəddəs ziyarətgahların ziyarətinin əhəmiyyətini, İraqın İslam aləmindəki
böyük dini məqamını vurğuladı. O, həmçinin bu ziyarətlərin müsbət mənəvi təsirinin
yalnız ziyarət zamanı deyil, ziyarətdən sonra da insanın həyatına əks
olunmasının vacibliyini qeyd etdi. O özünüislah və nəfsin tərbiyəsi mövzusuna xüsusi önəm
verərək vurğuladı ki, İslam dini ruh və əməl baxımından insanı daima inkişaf
etdirən bir din olaraq quruculuq və tərəqqi yoludur.
Görüşlərin sonunda hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) ziyarətçilərin çoxsaylı dini suallarını cavablandırdı və hər görüşün sonunda Uca Allahdan möminlərin qorunmasını, onları hidayət və islah yoluna yönəltməsini dilədi. |