Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi Zeyd şəhidin (ə.s) və Ələviyyə Şərifənin (s.ə) ziyarətgahında hüzn bayrağının qaldırılması mərasimində iştirak edib 25/6/2025 ![]() |
Müqəddəs Muhərrəm ayının başlanması ilə əlaqədar, Zeyd şəhidin
(ə.s) məzarında hüzn bayrağının qaldırılması mərasimi keçirilib. Mərasimdə Ayətullah
əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi Şeyx Əli
Nəcəfi iştirak edib. O, həmçinin Ələviyyə Şərifənin (s.ə) ziyarətgahında keçirilən
hüzn bayraqlarının qaldırılması mərasimində də iştirak edib. Şeyx Əli Nəcəfi çıxışı zamanı imam Hüseyn (ə.s) yoluna sözlə
və əməllə sadiq qalmağın vacibliyini vurğulayıb. O, imam Hüseynin (ə.s) həyatını
haqq, sədaqət və sabitqədəmliyin nümunəsi kimi göstərərək, bu prinsipləri örnək
almağa çağırıb. Şeyx Əli həmçinin bu mübarək ayın bərəkətli keçməsini və
İslamın əsl, Muhəmmədi dəyərlərinə dəstək ayı olmasını arzulayaraq, hər kəsə rəhmət
və dualarının qəbul olunmasını diləyib. O, mərhumun bir sıra göstəriş və tövsiyələrini çatdıraraq,
Əbul-Əhrar imam Hüseynin (ə.s), onun əhli-beytinin və sadiq səhabələrinin şəhadətini
yad etməyin vacibliyini qeyd edib.
Bu tədbir, aşura mərasimlərinin mənəvi ruhu və əvvəlcədən görülən hazırlıqlar çərçivəsində həyata keçirilib. Tədbir, haqq yolunda fədakarlıq və qurbanlığın ən uca mənalarını təcəssüm etdirən unudulmaz Təff dastanının yad edilməsi məqsədi daşıyır. |