|
Bəsrə şəhərindən “Abdullah Rəzi” heyəti Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfini (kölgəsi davamlı olsun) mübarək ofisində ziyarət edib 12/9/2025 ![]() |
Bəsrə şəhərindən gəlmiş “Abdullah Rəzi” heyəti Nəcəf-Əşrəfdəki
mərkəzi ofisdə Ayətullah əl-Üzma Şeyx Bəşir Hüseyn Nəcəfini (kölgəsi davamlı
olsun) ziyarət edib. Görüş zamanı nümayəndə heyəti həyata keçirdikləri əsas fəaliyyətlər
barədə məlumat verib. Bunların ən önəmlilərindən biri imam Hüseynin (ə.s) Ərbəin
ziyarətçilərinə xidmət göstərilməsi olub. Həmçinin digər təşəbbüs və ictimai fəaliyyətlər
də təqdim olunub. Görüş əsnasında Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi
(kölgəsi davamlı olsun) nümayəndə heyətinə ata qayğısı ilə dəyərli nəsihətlərini
çatdırıb. O, insanın gündəlik olaraq öz nəfsini hesaba çəkməsinin, söz və əməllərində
orqan və duyğularına nəzarət etməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu,
fərdin və cəmiyyətin islahı, həmçinin Əhli-beytin (ə.s) çağırdığı ali dəyərlərə
doğru yüksəliş üçün mühüm amildir.
Nümayəndə heyəti isə Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) dəyərli tövsiyə və nəsihətlərindən məmnunluqlarını bildirərək minnətdarlıqlarını ifadə ediblər. Onlar Allah-taaladan onun ömrünü uzun və bərəkətli etməsini, ümmət üçün daim bir dayaq və mənəvi sərvət olaraq saxlamasını diləyiblər. |