|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisi müqəddəs ziyarətgahlara xidmətdə ixlaslı niyyətin vacibliyini vurğuladı 6/10/2025 ![]() |
Müqəddəs ziyarətgahlarla Ayətullah əl Üzma Şeyx Bəşir
Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) mərkəzi ofisi arasında davamlı əlaqə çərçivəsində,
ofis Kərbəladakı Əbəlfəzl Əbbasın (ə.s) müqəddəs hərəminin əməkdaşlarından ibarət
nümayəndə heyətini qəbul etdi. Görüşün əvvəlində hövzə alimi, hörmətli alim Seyid Muhəmməd
Tahir Cəzairi qonaqları səmimiyyətlə qarşıladı, onların bu davamlı əlaqəni
qorumaq səylərini yüksək qiymətləndirdi və bildirdi ki, “ixlaslı niyyət hər bir
saleh əməlın mahiyyətidir. Əgər müqəddəs ziyarətgahların hüzurunda edilən hər
bir xidmət Allaha yaxınlaşmaq niyyəti ilə görülərsə, o, ibadət sayılır". Seyid Cəzairi qeyd etdi ki, müqəddəs ziyarətgahlarda xidmət
edənlər zəvvarlara yaxın olmaqla böyük bir nemət içində yaşayırlar. O dedi:
“Sizin nizam-intizamınız, yardımınız və insanlara xidmətiniz böyük savab dəyərinə
malikdir, lakin bu işlərin həqiqi dəyəri niyyətin saflığında və Allah rizasının
axtarılmasındadır; bu, sadəcə rəsmi vəzifə icrası ilə məhdudlaşmamalıdır”. O, zəvvarlara
yardım etmək, yaxşılıq etmək və bu fürsəti savab işlərdə dəyərləndirməyin əhəmiyyətini
vurğuladı və bildirdi ki, bütün bunlar Allah-taalanın razılığına səbəb olan əməllərdəndir.
Görüş sonda nümayəndə heyətinə vəzifələrində və xidmətlərində uğurlar arzulayan dualarla yekunlaşdı. Orada vurğulandı ki, həqiqi itaət - Əhli-beyt (ə.s) məktəbinin təlimlərini həyatın bütün sahələrində tətbiq etməkdir. |