Əbəlfəzl Abbasın (ə.s) müqəddəs hərəminin əməkdaşları Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Nəcəful-Əşrəfdəki mübarək ofisini ziyarət edərək onun tövsiyələrindən bəhrələndilər.

Əbəlfəzl Abbasın (ə.s) müqəddəs hərəminin əməkdaşları Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Nəcəful-Əşrəfdəki mübarək ofisini ziyarət edərək onun tövsiyələrindən bəhrələndilər.

10/11/2025




Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Nəcəful-Əşrəfdəki mübarək ofisi Əbəlfəzl Abbasın (ə.s) müqəddəs hərəminin xidmətçilərindən ibarət bir heyəti qəbul etdi. Onları, mərkəzi ofisin müdiri və təmsilçisi Şeyx Əli Nəcəfi qarşıladı.

Şeyx Əli Nəcəfi heyəti salamlayaraq onlara hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) salam və dualarını çatdırdı. Həmçinin Əbəlfəzl Abbasın (ə.s) müqəddəs hərəmi ziyarətçilərinə xidmət sahəsində göstərdikləri səyləri yüksək qiymətləndirdi.

Görüş zamanı o, cəmiyyətin dini və tarixi kimliyini qorumağın əhəmiyyətini vurğuladı; çünki bu kimlik mənsubiyyət və qürur mənbəyidir. O, İraq cəmiyyətinin formalaşğı orijinal dəyərlərin möhkəmləndirilməsinin zəruri olduğunu bildirdi.

O dedi: “Hər bir cəmiyyətin fəxr etdiyi bir kimliyi vardır. Biz öz dini kimliyimizi və tarixi dəyərlərimizi qorumalıyıq. Çünki bu dəyərlər cəmiyyətin gücünün və birliyinin əsasını təşkil edir”.

O həmçinin İraqın tarixi və dini mövqeyinə işarə edərək vurğuladı ki, İraq sivilizasiyalar, bərəkətlər və sərvətlər diyarıdır; İmam Əlinin (ə.s) ilk paytaxtı olmuşdur və imam Məhdinin (ə.f) son paytaxtı olacaqdır.

Heyət, həmçinin zəvvarlara xidmətdə ixlasın vacibliyinə və bu müqəddəs məkana mənsubiyyət şərəfinə uyğun əxlaqla davranmağa dair dini tövsiyələri dinlədi.