Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Mərkəzi ofisi Əbəlfəzl Abbasın (ə.s) müqəddəs ziyarətgahının nümayəndə heyətini qəbul etdi.

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Mərkəzi ofisi Əbəlfəzl Abbasın (ə.s) müqəddəs ziyarətgahının nümayəndə heyətini qəbul etdi.

3/11/2025




Ayətullah əl Üzma Şeyx Bəşir Nəcəfi (kölgəsi davamlı olsun) Mərkəzi ofisi Əbəlfəzl Abbasın (ə.s) müqəddəs ziyarətgahının əməkdaşlarından ibarət nümayəndə heyətini qəbul etdi. Qəbul zamanı ön sırada Hovza elmindəəllim olan Seyid Muhəmməd Tahir Cəzairi iştirak edirdi və o, ziyarətçilərə xidmət sahəsində onların mübarək səylərinə böyük dəyər verdiyini ifadə etdi.

Seyid Cəzairi vurğuladı ki, Müqəddəs ziyarətgahların işçiləri Əhli-beyt imamlarının (ə.s) xidmətçisi olmaqla şərəflənirlər, xüsusilə də Əbəlfəzl Abbasın (ə.s) hərəminin xidmətçiləri. O əlavə etdi ki, bu mübarək xidmət Allahın razılığını qazanmaq yoludur və Əhli-beytin (ə.s) təşviq etdiyi əxlaq və dəyərlərin canlı təcəssümüdür. Bu xidmət eyni zamanda dini praktik olaraq yaşatmaq, davranış və dürüst xidmət vasitəsilə dini çağırışın gerçəkləşdirilməsidir.