|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki ofisinin nümayəndəsi xanım Ümmül-Bəninin (ə.s) vəfatı münasibətilə keçirilən Quran məclisində iştirak edib 3/12/2025 ![]() |
Bəsrə şəhəri – Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin
(kölgəsi davamlı olsun) Bəsrə şəhərinin Mədinə bölgəsindəki ofisinin nümayəndəsi
xanım Ümmül-Bəninin (ə.s) vəfatı münasibətilə təşkil olunan Quran məclisində
iştirak edib. Tədbirdə çıxış edən seyid Muhəmməd Cabiri bildirib: “Bu
Quran məclisi İzzəddin Səlim nahiyəsində Qurani-Kərimin seçkin qiraətçilərinin
və imam Hüseynin (ə.s) xidmətçilərinin geniş iştirakı ilə keçirilmişdir. Məclisin
məqsədi Əmirul-mömininin imam Əlinin (ə.s) pak zövcəsi, uca məqamlı xanım
Ümmül-Bəninin (ə.s) vəfatının yad edilməsidir”. O qeyd edib ki, çıxışında onun ölməz həyat yolunun bir sıra
mühüm məqamlarına, uca şəxsiyyətinə, Əhli-beytə (ə.s) olan dərin sədaqət və
böyük vəfasına toxunulub. Xanım Ümmül-Bənin (ə.s) səbrində, qeyrətində və Allah
yolunda möhkəmliyində saleh qadının parlaq nümunəsini nümayiş etdirmiş, Nübüvvət
Əhlinə və risalətin mənbəyinə xidmət etmişdir. O, Əhli-beytin (ə.s) haqqını
tanıyan fəzilətli qadınlardan olmuş, onlara ixlasla bağlılıq göstərmiş, məhəbbətlərində
səmimi olmuş və onların yanında uca məqama, yüksək hörmətə layiq görülmüşdür.
Sonda seyid Muhəmməd Cabiri pak xanım Ümmül-Bəninin (ə.s) vəfatı münasibətilə imam Sahibuz-Zamana (ə.f), mərcəi-təqlidlərə və bütün İslam ümmətinə başsağlığı verib. |