|
Bismilləhir-Rahmənir-Rahim 17/1/2026 ![]() |
“O
kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik)
və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər. Onları Rəbbi
tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda
olanlardır!” (Bəqərə 2/156-157) Uca və Əzəmətli Allah doğru buyurmuşdur. Möhtərəm Ayətullah əl Üzma Seyid Əli Hüseyni Sistaninin
(kölgəsi davamlı olsun) ali hüzuruna! Dərin hüzn və kədər hissi ilə qardaşınız, Höccətül-İslam
vəl-müslimin Seyid Hadi Hüseyni Sistaninin (r) vəfatı xəbərini aldıq. Bu
münasibətlə sizə, mərhumun övladlarına, yaxınlarına və onunla əlaqəsi olan
bütün insanlara ən səmimi təsliyyət və başsağlığı diləklərimizi çatdırırıq. Uca Allahdan diləyirik ki, sizə və onlara səbir və
dözüm bəxş etsin, mərhumu geniş rəhmətinə qərq etsin, onu anası Xanım Zəhra (ə.s)
və pak əcdadları ilə birlikdə həşr etsin. Həmçinin ümmət üçün mübarək ömrünüzü
sağlamlıq və rifah içində uzun etsin. Şübhəsiz ki, O, eşidən və dualara cavab verəndir. Güc və
qüdrət yalnız Uca və Əzəmətli Allaha məxsusdur.
Şeyx Bəşir Hüseyn Nəcəfi |