|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Xalq Səfərbərlik Qüvvələrinin (Həşdi-Şəbi) nümayəndə heyətini və şəhid ailələrinin övladlarını qəbul etmişdir 30/1/2026 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Şəban ayının gəlişi və müdafiə
cihadı fətvasının ildönümü münasibətilə Həşdi-Şəbinin mücahidləri və şəhid
övladlarından ibarət nümayəndə heyətini qəbul edib. Görüş zamanı o həzrət, Həşdi-Şəbinin müqəddəs məkanların,
torpağın və namusun müdafiəsində oynadığı tarixi rolu yüksək qiymətləndirib.
Bildirib ki, Həşd terror qarşısında möhkəm sədd olub və Əhli-beytin (ə.s) vətəni
olan İraqı qoruyub. Həmçinin vurğulayıb ki, bu ölkə Əmirul-möminin imam Əli ibn
Əbi Talib (ə.s) və imam Hüseynin (ə.s) torpağıdır. Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) əlavə edib
ki, mücahidlərin göstərdiyi fədakarlıqlar və qəhrəmanlıqlar ümmətin yaddaşında əbədi
qalacaq, gələcək nəsillərin vicdanında həkk olunacaqdır. Çünki bu mövqelər haqq,
din və vətən yolunda səmimiyyət, ixlas və fədakarlıq nümunəsi olub. Həmçinin o, mücahidlərə analarına yaxşılıq etməyi və
onların razılığını qazanmağa çalışmağı tövsiyə edib. Vurğulayıb ki, analar
övladlarını Əmirul-mömininə (ə.s) məhəbbət ruhunda böyüdüblər və bu mömin tərbiyə
mücahid üçün dünya və axirətdə ən böyük azuqədir.
|