|
Bağdad şəhərində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi, imam Hüseynin (ə.s) oğlu Həzrət Əli Əkbərin (ə.s) mövlud gününü qeyd etmişdir 29/1/2026 ![]() |
Bağdad – Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin
(kölgəsi davamlı olsun) Bağdad şəhərindəki ofisinin nümayəndəsi, həftəlik dini
mühazirəsi çərçivəsində Həzrət Əli Əkbərin (ə.s) mövludunu qeyd etmişdir. Mühazirə
paytaxt Bağdadın Şülə məntəqəsində yerləşən Rəsulul-Əzəm (s) məscidində bir
qrup möminin iştirakı ilə keçirilib. Ofisin nümayəndəsi Şeyx Nur Saidi bildirib: “Bu mühazirə
ofisin həftəlik dini və mədəni fəaliyyətləri çərçivəsində keçirilir. Bu münasibətlə
imam Hüseynin (ə.s) oğlu Həzrət Əli Əkbərin (ə.s) mövludu qeyd olundu. Onun
mübarək şəxsiyyətinin iman və əxlaq baxımından mühüm cəhətlərinə toxunuldu, bu əziz
günün şücaət, sədaqət və Əhli-beyt (ə.s) yoluna bağlılıq kimi böyük dərslər
daşıdığı vurğulandı". Şeyx Saidi əlavə edib ki, Həzrət Əli Əkbərin (ə.s) mövludu
onun həyatında təcəssüm edən ali dəyərlərdən – Allaha itaət, haqqın müdafiəsi və
prinsiplərə sədaqətdən ilham almaq üçün mühüm fürsətdir. Xüsusilə Kərbəla hadisəsində
göstərdiyi mövqenin bu gün cəmiyyətimiz üçün əvvəlkindən daha çox əhəmiyyət
daşıdığını qeyd edib.
O həmçinin vurğulayıb ki, həftəlik mühazirələrində əqidəvi və fiqhi mövzuları birlikdə təqdim etməyə çalışır ki, məscid maarif və islah mərkəzi olaraq qalmaqla yanaşı, möminləri sevgi, əməkdaşlıq və dinə xidmət ətrafında birləşdirsin. |