|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Diyalə şəhərindəki nümayəndəsi “Ya Hüseyn” yolu üzərindəki istiftaat məntəqələrində dini təbliğat xidmətlərində iştirak edir 26/7/2026 ![]() |
Ayətullah
əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Diyalə şəhərindəki
nümayəndəsi Şeyx Amir Cənabi, müqəddəs Kərbəlaya imam Hüseynin (ə.s) Ərbəin
ziyarətini yerinə yetirmək üçün gedən zəvvarlara
xidmət məqsədilə “Ya Hüseyn” yolu üzərində, xüsusilə Məndəli rayonu və Qəzaniyyə
bölgəsində fəaliyyət göstərən istifta məntəqələrində dini təbliğat, moizə və
maarifləndirmə xidmətlərinin göstərilməsində, həmçinin şəri suallara və istifta
müraciətlərinə cavab verilməsində iştirak etmişdir. Şeyx
Amir Cənabi bildirmişdir: “İmam Hüseynin (ə.s) zəvvarlarına xidmət etmək, dini
təbliğat vəzifəsini yerinə yetirmək, şəri suallara cavab vermək dini məsuliyyət
və mübarək bir vəzifədir. Möminlər bu vəzifəni tam ixlasla yerinə yetirməyə
çalışırlar. Bu xidmətlər piyada şəkildə imam Hüseynə (ə.s) – Əbül-Əhrarın Kəbəsinə
doğru hərəkət edən əziz zəvvarların keçdiyi yol üzərində həyata keçirilir”. O
əlavə etmişdir ki, Məndəli rayonu və Qəzaniyyə bölgəsi əhalisinin zəvvarlara
göstərdiyi xidmətlər İraq cəmiyyətinin əsilliyini, səxavətini və imam Hüseynə (ə.s)
olan dərin bağlılığını əks etdirir. Bu xidmətlər ixlas və doğru yol uğrunda fədakarlıq
və səxavətin parlaq nümunələrindən birini təcəssüm etdirir.
O, həmçinin qeyd etmişdir ki, hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) nümayəndəliyi imam Hüseynə (ə.s) xidmət edənlərin böyük səyləri ilə yanaşı, zəvvarların qarşılanmasında və onlara müxtəlif xidmətlərin göstərilməsində də iştirak etmişdir. Bu xidmətlərə çadırların və mövkiblərin qurulması, eləcə də İran İslam Respublikasından gələn yüzlərlə zəvvarın müqəddəs Kərbəlaya pulsuz daşınması üçün nəqliyyat vasitələrinin təmin edilməsi daxildir. |