|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Diyalə şəhərindəki nümayəndəsi Şələmçə sərhəd-keçid məntəqəsində mövkib və heyətlərin xidmət vəziyyətini izləyir 26/7/2026 ![]() |
Ayətullah
əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Şeyx
Müsənna Rübeyi, Bəsrə şəhərində yerləşən Şələmçə sərhəd-keçid məntəqəsində mövkib və heyətlərin zəvvarlara göstərdiyi
xidmətlərin vəziyyətini izləmək və imam Hüseynin (ə.s) Ərbəin ziyarətini həyata
keçirmək üçün İraqa gələn zəvvarlara göstərilən xidmətlərlə tanış olmaq məqsədilə
əraziyə səfərlərini davam etdirmişdir. Şeyx
Müsənna Rübeyi bildirmişdir: “İmam Hüseynin (ə.s) zəvvarlarına xidmət etmək
böyük şərəf və böyük məsuliyyətdir. Mövkiblərə mütəmadi baş çəkmək və onların
xidmət göstərən şəxslərinin səyləri ilə tanış olmaq, onlara dəstək olmaq və zəvvarlara
xidmət yolunda göstərdikləri fədakarlığı qiymətləndirmək məqsədi daşıyır. İraqa
gələnlər imam Hüseynin (ə.s) qonaqları və zəvvarları olduqları üçün səylərin
davam etdirilməsi və onlara ən yaxşı xidmətlərin göstərilməsi zəruridir". O
əlavə etmişdir ki, mövkiblər fədakarlıq, məhəbbət və həmrəyliyin parlaq nümunəsini
təmsil edir. Zəvvarlara xidmət İmam Hüseynin (ə.s) qiyamının daşıdığı dəyərlərin
həqiqi davamıdır. O, məvakib sahiblərini və xidmətçilərini öz mübarək səylərini
davam etdirməyə və aralarında əməkdaşlığı daha da gücləndirməyə çağırmışdır.
Bununla onların Allah-taalanın razılığını qazanmaq və Əhli-beytə (ə.s) itaət
etmək məqsədilə göstərdikləri xidmətin həqiqi siması daha aydın şəkildə əks
olunacaqdır.
O bildirmişdir ki, Şələmçə sərhəd-keçid məntəqəsində yerləşən mövkiblərə etdiyi ərazi səfərləri Ərbəin ziyarətini həyata keçirmək üçün İraqa gələn zəvvarlara göstərilən xidmətlərin vəziyyəti ilə yaxından tanış olmaq, məvakib sahiblərinin və imam Hüseynə (ə.s) xidmət edən şəxslərin ehtiyaclarını müəyyənləşdirmək və bununla da onlara təqdim olunan xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə töhfə vermək məqsədi daşıyır. |