|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) Ayətullah əl Üzma Şeyx Hüseyn Vəhid Xorasaniyə (r) vəfatı münasibətilə başsağlığı bəyanatı 17/11/2026 |
Bismilləhir-Rahmənir-Rahim «O kəslər ki,
onlara bir müsibət üz verdikdə: “Həqiqətən, biz Allaha məxsusuq və Ona tərəf
qayıdacağıq”, – deyərlər». *(Bəqərə surəsi,
156-cı ayə)* Məhzunluq, ağrı və
dərin hüzn içində Muhəmməd və onun Əhli-beytinin (ə.s) vilayət qalalarının
müdafiəçisi, zəmanəmizin ən böyük tərbiyəçisi, Qum elmi hövzəsinin rəhbəri və
öz dövrünün misilsiz şəxsiyyəti olan böyük alim, böyük mərcəyi-təqlid Ayətullah
əl Üzma Şeyx Hüseyn Vəhid Xorasaninin (r) dünyasını dəyişməsi xəbərini aldıq. O, ömrünün böyük
bir hissəsində elmi hövzələrdə dərin iz qoymuş, onlara təsir göstərmiş və
onların inkişafına töhfə vermiş bir əsrlik ömürdən sonra Rəbbinin dərgahına
qovuşdu. Həqiqətən, o,
Allahın rəhməti üzərinə olsun, alimlər yetişdirən bir şəxsiyyət idi. O hörmətli (r)
mübarək ömrü boyunca haqq yolunda sabitqədəm qaldı və başqalarını da bu yolda
möhkəmləndirdi. Zamanın dəyişiklikləri onu dəyişdirə bilmədi. Dünya ondan
yalnız Rəbbinin razılığını qazanmaq və insanları hidayət etmək məqsədilə göstərdiyi
haqq mövqelərini ala bildi. Bu böyük alimin
itkisi, Allaha and olsun ki, doldurulması mümkün olmayan bir boşluqdur. Şikayətimizi
Allaha ərz edirik. Bu ağır müsibət münasibətilə İmam Sahibəz-Zamana (ə.f), elmi
hövzələrə, bütün möminlərə, xüsusilə də onun fəzilətli övladlarına və hörmətli
ailəsinə səmimi başsağlığı və dərin hüznümüzü bildiririk. Allahdan diləyirik
ki, əbədi və uca məqam sahibi olan Allah-Təala mərhumu bol rəhmət və razılığına
qərq etsin, onu Muhəmməd və Ali-Muhəmmədə (ə.s) vilayət bəsləyən və onlara
yardım edən şəxslərlə birlikdə sədaqət məqamında yerləşdirsin. Güc və qüvvət
yalnız Uca və Əzəmətli Allaha məxsusdur. Bəşir Hüseyn Nəcəfi
7 Cəmadiyüs-sani 1448-ci hicri il |