|
Ailənin qorunması və hövzə fəaliyyətinin tənzimlənməsi 26/9/2026 |
Konfransda müsəlman
qadın məsələsinə də xüsusi diqqət yetirilmiş, son illər ərzində ailənin
strukturunu və bütövlüyünü hədəf alan müxtəlif adlar və şüarlar altında
aparılan intensiv ideoloji və informasiya hücumlarının ailəyə göstərdiyi təsirlər
nəzərdən keçirilmişdir. İştirakçılar qadının
ailənin və cəmiyyətin formalaşmasında əsas və mühüm amil olduğunu vurğulamış,
qadınlara ünvanlanan maarifləndirici və istiqamətləndirici çıxışların inkişaf
etdirilməsinin, müsəlman qadınının şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşan,
eyni zamanda onun ailə və cəmiyyət daxilində İslam dəyərlərinin qorunmasındakı
rolunu gücləndirən, onu ideoloji və mədəni təhriflərin qurbanına çevrilməkdən
qoruyan atalıq qayğısına əsaslanan tərbiyəvi üslubun tətbiq edilməsinin zəruriliyini
qeyd etmişlər. Eyni zamanda,
konfrans hövzə fəaliyyətinin tənzimlənməsinin və elmi mərtəbələr arasında
metodoloji baxımdan fərqin müəyyənləşdirilməsinin vacibliyini vurğulamışdır.
Bununla da ictimai məkanda dini çıxışların elmi sanbalının və mötəbərliyinin
qorunması, müxtəlif vilayətlərdə elmi mədrəsələrin və nümunəvi hövzələrin dəstəklənməsinin
davam etdirilməsi nəzərdə tutulmuşdur. Şeyx Adil Zərkani:
Çağırışlarla mübarizə fikir, elm, şüur və hikmət vasitəsilə həyata keçirilməlidir Konfransın işi çərçivəsində
Vəkillər və nümayəndələr şöbəsinin məsul şəxsi, hörmətli Şeyx Adil Zərkani
çıxış edərək müasir mərhələnin xüsusiyyətlərindən və din xadiminin üzərinə düşən
getdikcə artan məsuliyyətlərdən bəhs etmişdir. O, çıxışında belə
demişdir: «Biz elə bir dövrdə
yaşayırıq ki, dəyişikliklər sürətlə baş verir, qarşıya çıxan çətinliklər isə
bir-biri ilə sıx şəkildə əlaqələnir. Artıq din xadiminin məsuliyyəti yalnız şəri
hökmü bəyan etmək və ya ayrı-ayrı şəxslərin fərdi məsələlərini həll etməklə məhdudlaşmır.
Onun məsuliyyəti bundan daha genişdir. Çünki o, fikir sualları, siyasi təzyiqlər,
ictimai mürəkkəbliklər, eləcə də mədəniyyət və dəyərlər sahəsində sürətlə baş
verən dəyişikliklər arasında qalmış bir cəmiyyətlə üz-üzədir. Bu gün cəmiyyətin və
dinin qarşısında duran ən mühüm çağırışlardan bəziləri ideoloji, siyasi, sosial
və mədəni xarakter daşıyır. Onların bir qismi aşkar şəkildə özünü göstərir və
müəyyənləşdirilməsi mümkündür. Digər qismi isə insanın şüuruna sakit və hiss
olunmadan nüfuz edir, nəhayət, onun dinə, insana və həyata baxışının, düşüncə tərzinin
bir hissəsinə çevrilir». Hörmətli Şeyx bu
çağırışlara qarşı mübarizənin tələsik hərəkətlər və onlara verilən ani
reaksiyalarla, yaxud problemi yalnız müəyyənləşdirməklə kifayətlənən, lakin
onun həlli üçün dolğun və təsirli baxış ortaya qoymayan ənənəvi çıxışlarla
mümkün olmadığını izah etmişdir. O vurğulamışdır ki, bu mübarizə fikir və elm,
şüur və səbir, möhkəmlik və hikmət, eləcə də hökm verməzdən əvvəl reallığı
düzgün dərk etmək bacarığı ilə aparılmalıdır. O, sözünə belə davam
etmişdir: «Bu mərhələdə din
xadimi sadəcə məlumat ötürən şəxs olmamalıdır. Əksinə, o, şüur formalaşdıran, dəyərləri
qoruyan, baş verən dəyişiklikləri düzgün təhlil edə bilən, insanlarla onların
ağlının dərk etdiyi və fitrətinin rahatlıqla qəbul etdiyi bir dildə danışmağı
bacaran şəxs olmalıdır». Hörmətli Şeyx
bildirmişdir ki, ideoloji azğınlıqla mübarizə fikri kənarlaşdırmaqla deyil,
ondan daha dərin və güclü fikir ortaya qoymaqla mümkündür. Şübhə və tərəddüdlərlə
mübarizə sual verməkdən qorxmaqla deyil, həmin suallara cavab vermək bacarığına
yiyələnməklə həyata keçirilməlidir. Ekstremizmlə mübarizə isə İslamı özünün
elmi, əxlaqi və insani mahiyyətinə uyğun şəkildə təqdim etməklə mümkündür. O, həmçinin qeyd
etmişdir ki, sosial və siyasi çətinliklərlə mübarizə aparmaq üçün mövcud
reallıq haqqında şüurlu olmaq, onun mürəkkəb tərəflərini düzgün anlamaq, cəmiyyətə
xidmət etmək, onun sabitliyini və dəyərlərini qorumaq istiqamətində din
xadiminin məsuliyyətli mövqeyini gücləndirmək lazımdır. Çıxışının sonunda
Hörmətli Şeyx Uca Allahdan hamıya üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə
yetirməkdə müvəffəqiyyət əta etməsini, onları mərcəiyyətin etimadına layiq şəxslərdən
qərar verməsini, din sahəsində bəsirət, mövcud reallığı dərk etməkdə şüur,
insanlarla rəftar zamanı hikmət və haqq yolunda sabitqədəmlik bəxş etməsini diləmişdir.
Həmçinin görülən işlərin yalnız Allahın razılığı üçün xalis olmasını, dinə, cəmiyyətə
və insanlığa xidmətə çevrilməsini dua etmişdir. Təkliflər, tövsiyələr
və Fatimiyyə yürüşünə hazırlıq. Konfrans çərçivəsində
bir sıra hörmətli alim və ruhanilər tərəfindən konfransın fəaliyyəti ilə əlaqəli
müxtəlif təklif və mövzular irəli sürülmüşdür. Bu təkliflərin məqsədi təbliğat
və təşkilati fəaliyyətin gücləndirilməsi, eləcə də mərkəzi ofislə müxtəlif şəhərlərdə
fəaliyyət göstərən mərcəiyyətin vəkilləri və nümayəndələri arasında
koordinasiyanın daha yüksək səviyyəyə çatdırılmasıdır. Bununla yanaşı,
konfrans Həzrət Fatimeyi-Zəhranın (ə.s) şəhadətinin ikinci rəvayətinə əsasən
keçirilən anım mərasimində iştirak etmək üçün tam hazırlığın vacibliyinə diqqət
çəkmişdir. Hər il keçirilən bu
yürüşdə hörmətli Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfidə (kölgəsi davamlı
olsun) iştirak edir. Yürüş ofisdən başlayaraq Əmirəlmöminin Əli ibn Əbu Talibin
(ə.s) müqəddəs hərəminə doğru hərəkət edir. Konfransın sonunda təbliğat,
elmi və ictimai fəaliyyətin davam etdirilməsinin, cəmiyyətin müxtəlif təbəqələri
ilə əlaqələrin daha da gücləndirilməsinin, dini mərasimlərin, xüsusilə də Həzrət
Fatimeyi-Zəhranın (ə.s) şəhadətinin ildönümünün yad edilməsi üçün lazımı təşkilati
və praktiki hazırlığın görülməsinin əhəmiyyəti bir daha vurğulanmışdır.
Bütün bunların əsas məqsədi dini şüurun möhkəmləndirilməsi, İslam dəyərlərinin cəmiyyətdəki mövqeyinin gücləndirilməsi, eləcə də vəkillərin və nümayəndələrin möminlərə və İraq cəmiyyətinə xidmət sahəsində daşıdıqları məsuliyyətin əməli şəkildə nümayiş etdirilməsidir. |