Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) möminləri Xanım Fatimətuz-Zəhranın (ə.s ) şəhadəti münasibətilə imam Əliyə (ə.s ) baş sağlığı vermək üçün piyada yürüşə dəvət edir. 28/11/2023 |
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) möminləri Xanım Fatimətuz-Zəhranın (ə.s ) şəhadəti münasibətilə İmam Əliyə (ə.s ) baş sağlığı vermək üçün hər il keçirilən piyada yürüşə dəvət edir.
Yürüş Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mərkəzi ofisindən İmam Əlinin (ə.s ) hərəminə doğru keçiriləcək . Yürüşdə elmi hövzənin tanınmış simaları, ustadları, tələbələri, İraqdakı əşirət böyükləri və ictimaiyyət nümayəndələri iştirak edəcək. Yürüş boyu əzadarlıq keçiriləcək və yürüş İmam Əlinin (ə.s ) hərəmində məclis və ziyarət ilə bitəcəkdir.
|