Hörmətli mərcəi təqlidin nümayəndə və etimadlı şəxslərin 9-cu konfransının işinə yekun vurulur... Hörmətli mərcəi təqlid öz nümayəndələrini və etimadlı şəxslərini qəbul edib. Dini təbliğatda əməli sözdən önə salmağın vacibliyini vurğulamışdır 19/2/2023 |
Hörmətli mərcəi təqlid: Hamınız
əməl və sözlə İraqa xidmət etməli, əməli sözdən üstün tutmalısınız. Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi
davamlı olsun) nümayəndələrini və etimadlı şəxslərini öz ofisinin nəzarəti
altında keçirilən 9-cu konfransın sonunda hörmətli mərcəi təqlid onun nəsihət və
göstərişlərini dinləmək üçün İraqın müxtəlif şəhərlərindən olan nümayəndələri qəbul
etdi. Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun)
çıxışında vurğuladı ki, Allah-Təala insanlara təbliğ etmək və doğru yola yönəltmək
prosesini peyğəmbərlərə və Əhli-Beyt (ə.s) imamlarına həvalə edib. Siz cəmiyyət
və xalq qarşısında bu böyük və əzəmətli məsuliyyəti daşıyırsınız. Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) əlavə
etdi ki, münafiqlərin hiylələrinə baxmayaraq Peyğəmbər (s.ə.v.s) altmış ildən
çox əməl, iyirmi ildən çox danışaraq dini təbliğat yolu ilə insanları həqiqi
İslam dininin əsaslarına yönəltmişdir. Bu onu göstərir ki, əməl sözdən üstündür
və siz öz əməllərinizlə təbliğçi olmalısınız. Cəmiyyətlə danışarkən nitqinizdən
öncə hərəkətlərinizlə danışmalısınız. Hörmətli şeyx, insanlar din xadimlərinin
kəlamlarını dinləməzdən öncə onların əməllərinə
tənqidi gözlə baxdıqlarını qeyd etdi. Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) əlavə
etdi ki, siz dinin daşıyıcılarısınız və haqqa dəvət etmək şərəfinə sahibsiniz və
sizlərdən birinizin əməli və ya sözü ilə hidayətə nail olan hər kəsin bütün əməllərində
fəziləti vardır. Hörmətli şeyx təkidlə vurğuladı ki, insanları haqqa yönəltməyiniz
ancaq imam Məhdinin (ə.f) zühuruna hazırlıq və onun ordusu və cəmiyyəti üçün
hazırlıqdır. İraqın coğrafi statusudan danışan hörmətli mərcəi təqlid
İraq xeyriyyə ölkəsidir. Çünki o, Əhli-beyt (ə.s) imamlarından olan altı imamın
hərəmlərini özündə cəm edib. İraq, imam Məhdinin (canımız onun ayağının tozuna
fəda olsun) dünyanı zülm və zülmətdən qurtuluşa aparacağı dünyanın mərkəzidir.
Hamınıza İraqa əməl və sözlə və əməli sözdən üstün tutmaqla xidmət etməyiniz
lazımdır.
Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) özünün vəkil və etimadlı şəxsləri vasitəsilə İraq xalqına bir məktub göndərərək buyurdu: “Oğullarıma çatdırın ki, Allah-Təaladan qorxmalısınız, çünki əməllərin Allah tərəfindən qəbul edilməsinin əsas şərti təqvadır və onun ilk addımı hər bir əməl və sözə görə nəfsi hesaba çəkməkdir.” Hörmətli şeyx buyurdu ki, Əhli-beyt (ə.s) rəvayətlərində möminlərin haramdan çəkinmələri üçün davamlı olaraq özlərini hesaba çəkmələri təkidlə vurğulanır. |